Icma.az
close
up
RU
Türkiyəyə böyük zərbə “Xilas olmağın tək yolu...”

Türkiyəyə böyük zərbə “Xilas olmağın tək yolu...”

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Globalinfo.az politoloq Elman Telmanoğlu ilə müsahibəni təqdim edir:

-Elman bəy, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kiprdə işğalçı dövlət kimi rəsmən tanıyıb. Prosesə yanaşmanız necədir? Bu, türk xalqları arasında necə qarşılanacaq?

-Çox maraqlı və aktual müzakirə mövzusudur, gəlin bir az bu mövzuya geniş aspektdən baxaq.

Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kipr məsələsində “işğalçı” kimi tanıması, təbii ki, Türk dünyasında ciddi rezonans doğuracaq. Bu hadisə qardaş xalqlar arasında siyasi etimad və emosional bağlılığa zərbə təhlükəsi daşıyır. Türkiyə həm tarixi, həm də siyasi baxımdan türk dünyasının lideri rolunu oynayıb, belə addımlar isə bu liderliyə və ümumi Turan birliyi ideyasına psixoloji və ideoloji zərər vurur.
Bu addımın Türk xalqları arasında qarşılanması necə olacaq – əsas sual doğuran məsələ budur.

Məsələyə xalqın prizmasından istər Qazaxıstan, istər Özbəkistan, istər Qırğızıstan, istərsə də Türkmənistan ictimaiyyəti tərəfindən baxsaq, təbii ki bu siyasi addım əhali arasında məyusluq və narazılıq doğuracaq. Xüsusilə, Türkiyə ictimaiyyəti arasında bu, xəyanət kimi qəbul oluna bilər. Çünki Türkiyə uzun illər bu ölkələrə həm iqtisadi, həm diplomatik, həm də mədəni dəstək verib. Rəsmi prizmadan baxsaq, artıq burada vəziyyət tamam başqa müstəvidə olacaq. Məsələn, Türkiyə, bu ölkələrə diplomatik nota verə və münasibətləri yenidən nəzərdən keçirə bilər, lakin böyük ehtimalla münasibətləri tam qoparmaq istəməyəcək, çünki Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu ölkələrlə əməkdaşlıq vacibdir.

-Bu addımın Turan birliyi ideologiyasına təsiri necə olacaq?

-Qısa müddətli də olsa ideoloji inam zəifləyə bilər, amma bu ümumi ideologiyaya ziyan gətirə bilməz. Xüsusilə, Türkiyə ictimaiyyəti bu məsələyə daha çox sosial media vasitəsilə emosional reaksiya verəcək. Bunu da qeyd etmək istərdim ki, Turan ideologiyasına qısqanclıqla yanaşan qüvvələr bu siyasi gərginlikdən daha çox yararlanmağa çalışacaq və aktivlik göstərəcək. Təbii ki, bu halları əsas Türkiyə və digər türkdilli dövlətlər də nəzərə alacaqlar. Bu hadisə bir daha sübut etdi ki, bəzi türk dövlətlərinin real siyasəti hələ də milli maraqlara əsaslanır, ideoloji birliyə deyil.
Uzun müddətdə bu hadisə, Turan birliyinin siyasi və hüquqi əsaslarının daha dəqiq və möhkəm formalaşmasının vacibliyini gündəmə gətirəcək. Böhran vəziyyəti yeni imkanlar və zəif cəhətlərin olmasını aşkarlamaq deməkdir.

Elman Telmanoğlu

-Yaranmış mənfi situasiyanı dəyişmək üçün Türkiyə dövləti hansı addımları ata bilər?

-Türkiyə diplomatik izah və təzyiq yolu ilə bu qərarın siyasi motivlərini araşdırmalı və həmin dövlətlərlə bağlarını itirmədən problemin həlli yolunu tapmalıdır.

Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi, bu təşkilat çərçivəsində vahid siyasi mövqelərin razılaşdırılması üçün konkret mexanizmlər yaratmalıdır.

İctimai diplomatiyadan istifadə edərək qeyri-hökumət təşkilatları, ziyalılar və media vasitəsilə türk xalqları arasında qarşılıqlı anlaşmanı qorumaq üçün geniş kampaniyalar aparılmalıdır.

Təhsil və mədəni inteqrasiyanı gücləndirmək də mühümdür. Bütün bu dövlətlər arasında tarix və siyasətə dair birgə tədqiqatlar, seminarlar, proqramlar təşkil olunmalı, xalqların bir-birini daha yaxşı anlaması üçün şərait yaratmalıdır.

Ən əsas isə bütün siyasi addımlar həssaslıq və dəqiqliklə atılmalıdır.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri