Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hər bir xalqın ədəbiyyatı öz mədəni həyatı, tarixi və ideoloji gerçəkliklərindən bəslənərək yetişir və zaman keçdikcə həmin dəyərlərin qoruyucusuna çevrilir.
Xalq şairi B. Vahabzadənin də haqlı olaraq qeyd etdiyi kimi "Elm nə qədər kosmopolitdirsə, sənət və ədəbiyyat bir o qədər millidir.
Milli olmayan sənət əsl sənət ola bilməz" (1, səh.3). Türk yaşamının, türk mədəni irsinin öyrənilməsi baxımından tarixi romanların, xüsusilə
S. Çokumun tarixi romanları türk xalqının həyatda qalma mübarizəsini xalqın zəngin adət-ənənəsi və əxlaqı fonunda canlandırır.
Ədibin "Hilal görününcə", "Avqust başağı" romanları türk tarixinin ən mühüm məqamlarına toxunub türk xalqının və türk təfəkkürünün keşməkeşli inkişaf yolunu göstərir.
S.Çokumun mövzu baxımından tariximizlə səsləşən və bu səbəbdən, xüsusi diqqət və həssaslıqla qarşılanan əsəri, yazıçının Balkan müharibələrindən sonra doğma torpaqlarından sürgün edilmiş Rumeli türklərinə ithafən qələmə aldığı “Bizim Diyar” romanıdır.
Adını Yəhya Kamalın "1918" adlı şeirindən götürən roman, ideya baxımından da həmin şeirin ruhunu təkrar edir Ölənlər öldü, qalanlarla iztirab çəkdik.