Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

TÜRKLƏRİN HÜZNLÜ KÖÇ HEKAYƏSİ BİZİM DİYAR

TÜRKLƏRİN HÜZNLÜ KÖÇ HEKAYƏSİ BİZİM DİYAR

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər bir xalqın ədəbiyyatı öz mədəni həyatı, tarixi və ideoloji gerçəkliklərindən bəslənərək yetişir və zaman keçdikcə həmin dəyərlərin qoruyucusuna çevrilir. Xalq şairi B. Vahabzadənin də haqlı olaraq qeyd etdiyi kimi "Elm nə qədər kosmopolitdirsə, sənət və ədəbiyyat bir o qədər millidir. Milli olmayan sənət əsl sənət ola bilməz" (1, səh.3).

Türk yaşamının, türk mədəni irsinin öyrənilməsi baxımından tarixi romanların, xüsusilə də bitkin və ekspressiv yazı üslubu ilə bu janrda dəsti-xəttini qoymuş Sevinc Çokumun yaradıcılığı böyük əhəmiyyət daşıyır. S. Çokumun tarixi romanları türk xalqının həyatda qalma mübarizəsini xalqın zəngin adət-ənənəsi və əxlaqı fonunda canlandırır. Ədibin "Hilal görününcə", "Avqust başağı" romanları türk tarixinin ən mühüm məqamlarına toxunub türk xalqının və türk təfəkkürünün keşməkeşli inkişaf yolunu göstərir.

S.Çokumun mövzu baxımından tariximizlə səsləşən və bu səbəbdən, xüsusi diqqət və həssaslıqla qarşılanan əsəri, yazıçının Balkan müharibələrindən sonra doğma torpaqlarından sürgün edilmiş Rumeli türklərinə ithafən qələmə aldığı “Bizim Diyar” romanıdır. Adını Yəhya Kamalın "1918" adlı şeirindən götürən roman, ideya baxımından da həmin şeirin ruhunu təkrar edir

Ölənlər öldü, qalanlarla iztirab çəkdik.

Artıq Vətənində xor baxılan camaatıq biz.

Ölənlər qurtuldu nəhayət bu qəm-kədərdən.

Və yaddaşlara həkk olub keçmiş Vətən,

Bizim diyar olaraq qaldı ta qiyamətədək.

S.Çokum romanı real həyat hadisələrindən bəhrələnərək, Rumeli köçkünlərin xatirələri və tarixi sənədlər əsasında yazmışdır.

"Bizim diyar" bir türk ailəsinin faciəvi taleyi əsasında Rumeli türklərinin ürək yanğısını, yurdlarını, sevdiklərini itirmə acısını əks etdirir. Yunan, serb və bolqar basqınları, işgəncələr, qarət və qətllər, yandırılan məscidlər yalnız əsərin qəhrəmanlarının deyil, bütünlüklə türk xalqının kədərindən bəhs edir.

Romanı dilimizə tərcümə edən Əzizə Cəfərzadə əsərdə təsvir olunan hadisələri tarixi torpaqlarından ayrı düşmüş qərbi azərbaycanlıların taleyi ilə eyniləşdirərək yazır: "Romandakı bir sıra hadisələr burada, Qafqazda, bizim günlərdə baş verən hadisələrə bənzəyir. Sanki Ermənistandan, ulu dədə-baba torpaqlarından didərgin salınan azəri qaçqınlarının həyatıdır bu səhnələr" (1).

Romanın ilk səhifələrindən türk ruhu, türk xarakteri təzahür tapır. S.Çokum əsrlər boyu türklərə vətən olmuş Rumelidə türkün keçmişinə, zamanla unudulub itmiş dəyərlərinə yenidən həyat verir. Türk dünyasını təmsil edən ilahilər, həznli türkülər, Namiq Kamal şeirləri, güləbətin işləməli Quran qabları, namazlıqlar, Nəcəfi təsbehlər, qızılgül, lavanda, müşk ətirli cehiz sandıqları romana xüsusi rəng qatmaqla yanaşı, türklərin milli mənsubiyyətinin göstəricisi kimi çıxış edir. Romanın sözügedən xüsusiyyətinə diqqət yetirən B. Vahabzadə yazır: "Ömründə bir dəfə də olsa Türkiyəni görməyən, türk xarakteri ilə tanış olmayan başqa bir millətin hər hansı bir nümayəndəsi bu romanı oxuyarsa, türk xalqını, onun özünə məxsus səciyyəvi sifətlərini görüb tanıya bilər" (1, səh. 3).

S. Çokum "Bizim diyar"ı "bir Rumeli romanı, bir köç, torpaq itkisi və mədəni dəyişim romanı" kimi xarakterizə edir (3).

Romanın nəzərə çarpan xüsusiyyəti və ideyası, ilk səhifələrdən duyulub əsərin sonuna kimi qorunub saxlanılan, zaman və məsafələrə qalib gələn Vətən sevgisi və torpağa bağlılıq hissidir.

Roman Balkanlarda ilk müharibə qığılcımlarının görünməsindən mövcud hakimiyyətin devrilməsinə və Türkiyənin respublika elan olunmasına qədər bir dövrü işıqlandırır. Balkan türklərinin təxminən 20 illik həyatını əhatə edən bu zaman kəsiyi tarixi hadisələri şərh etməklə yanaşı, onların baş vermə səbəblərinə, təhrikçilərinə, törətdiyi fəsadlara da aydınlıq gətirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see192

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see185

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see176

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see175

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see163

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see151

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see140

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri