Türkmənelidən ata yurda həsrət dolu səfər | Icma.az
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Firas AĞAOĞLU Şimal Texniki Universitetinin müəllimi Uşaqlıqdan içimdə böyüyən bir arzum vardı: İki ölkəni görmək...
Biri qəlbimdə yatan ana vətən, digəri isə köklərimin uzandığı ata yurdu idi.
Türkiyəni görmək arzum gerçəkləşmişdi; lakin Azərbaycan - o qədim torpaqlar - içimdə həmişə bir arzu olaraq qalmışdı.
Uşaqlıq vaxtlarımdan bəri oradakı soydaşlarımla tanış olmağı, onlarla eyni şivə ilə danışmağı, eyni süfrəyə oturmağı xəyal edirdim.
Xüsusilə, Qarabağın azad olunmasından sonra bu arzum tamam başqa bir mənaya çevrildi.
O torpaqlara ayaq basmaq təkcə bir səfər deyildi; tarixlə, kimliklə və mənsubiyyət hissi ilə bir görüş idi. Və nəhayət o gün gəlib çatdı...
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Azərbaycana dəvət aldığımı öyrənəndə, qəlbim sanki uşaqlıq arzusuna "sən artıq gerçəkləşirsən" dedi.
Tam oxu
Xəbəri oxu