Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. Bildiyiniz kimi, almaniyalı Tomas Tuxel İngiltərə Futbol Assosiasiyası (İFA) ilə bu
Maaşı 5 milyon funt olan, 18 aylıq müqavilə bağlayan mütəxəssisin qarşısına 2026-cı ildə keçiriləcək dünya çempionatının qalibi olmaq vəzifə
Ancaq belə görünür ki, onun da xüsusi şərtləri var..."Football-plus.az" xəbər verir ki, ötən il oktyabrın 16-da baş məşqçi kimi təqdim oluna
“Üç şir” həmin gün DÇ-nin seçmə oyununda Albaniya ilə qarşılaşacaq.
Belə məlum olur ki, İFA Tuxelə sabiq xanımından olan uşaqlarını görmək üçün müntəzəm Almaniyaya baş çəkmək imkanı yaradıb.
Bu icazə isə ona səbəb olub ki, mütəxəssis yeni vəzifədəki ilk 7 həftədə premyer-liqanın üç turunu, İngiltərə kubokunun 3-cü mərhələsini və Liqa kubokunun bütün yarımfinal oyunlarını buraxıb.
İşə yalnız yanvarda başlayan Tuxel belə çox oyunu buraxmasını Almaniyada ailəsi ilə birgə daha çox vaxt keçirmək istəyi ilə izah edir.
Bununla belə, İFA mütəxəssisin tərəfini tutur, iddia edir ki, o, vəzifə başında olduğu ilk 47 gündə ingiltərəli futbolçuların oyununu dəyərləndirmək üçün İngiltərədə və ölkə xaricində keçirilən 17 oyun izləyib.