Icma.az
close
up
RU
Tuxel ailəsini İngiltərə yığmasından üstün tutur?

Tuxel ailəsini İngiltərə yığmasından üstün tutur?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bildiyiniz kimi, almaniyalı Tomas Tuxel İngiltərə Futbol Assosiasiyası (İFA) ilə bu ölkənin yığmasını çalışdırmaqla bağlı müqavilə bağlayıb. Maaşı 5 milyon funt olan, 18 aylıq müqavilə bağlayan mütəxəssisin qarşısına 2026-cı ildə keçiriləcək dünya çempionatının qalibi olmaq vəzifəsi qoyulub. Ancaq belə görünür ki, onun da xüsusi şərtləri var...

"Football-plus.az" xəbər verir ki, ötən il oktyabrın 16-da baş məşqçi kimi təqdim olunan Tuxel İngiltərə yığmasını ilk oyuna yalnız martın 21-də çıxaracaq. “Üç şir” həmin gün DÇ-nin seçmə oyununda Albaniya ilə qarşılaşacaq. Belə məlum olur ki, İFA Tuxelə sabiq xanımından olan uşaqlarını görmək üçün müntəzəm Almaniyaya baş çəkmək imkanı yaradıb. Bu icazə isə ona səbəb olub ki, mütəxəssis yeni vəzifədəki ilk 7 həftədə premyer-liqanın üç turunu, İngiltərə kubokunun 3-cü mərhələsini və Liqa kubokunun bütün yarımfinal oyunlarını buraxıb.
İşə yalnız yanvarda başlayan Tuxel belə çox oyunu buraxmasını Almaniyada ailəsi ilə birgə daha çox vaxt keçirmək istəyi ilə izah edir. Bununla belə, İFA mütəxəssisin tərəfini tutur, iddia edir ki, o, vəzifə başında olduğu ilk 47 gündə ingiltərəli futbolçuların oyununu dəyərləndirmək üçün İngiltərədə və ölkə xaricində keçirilən 17 oyun izləyib. Ancaq yanvarın 4-6-sı aralığında keçirilən dörd oyunu izləyəndən sonra Tuxeli yanvarın 14-nə qədər stadionlarda görən olmayıb. O, həmçinin Çempionlar Liqasının Parisdə keçirilən PSJ – “Mançester Siti” oyununu da tribunadan izləyib. Fevralda onu Milan derbisində (Kayl Uokeri izləməyə getmişdi) və Cud Bellingemə baxmaq üçün yollandığı Madriddə görüblər.
İFA-nın bununla bağlı açıqlamasında deyilir:

“Tuxel İngiltərədə və ölkə xaricində keçirilən 17 oyunda olub ki, ingiltərəli oyunçuları izləsin. Yanvarda “sükan arxasına” keçəndən bəri tam gücü ilə çalışır ki, gələn ay ilk dəfə yığmanın heyətini açıqlasın”. İFA həmçinin Tuxelin oktyabrda keçirdiyi mətbuat konfransında söylədiyi fikirləri əsas gətirib: “İngiltərədə yaşamağı xoşlayıram. Səbirsizliklə yenidən İngiltərədə işləməyə başlayacağım günü gözləyirəm. Ancaq əlbəttə, oyunların qrafiki mənə Almaniyada - ailəmin və uşaqlarımın yanında olmağa imkan verir. Bununla belə, vaxtımı əsasən İngiltərədə keçirəcəm”.


Maraqlıdı ki, 2021-ci ildən bəri İngiltərənin qadınlardan ibarət yığmasını çalışdıran niderlandlı Sarina Viqman bu ölkənin mədəniyyətinə uyğunlaşmaq üçün birdəfəlik köçməyə qərar verib. Elə Tuxelin sələflərindən Sven-Yoran Erikssion və Fabio Kapello da Londonda yaşayır, daum İngiltərə stadionlarında görünürdü.
Müntəzəm vətəninə baş çəkmək Tuxelin İngiltərə yığmasını uğurla çalışdırmasına imkan verəcəkmi? Yoxsa vacib oyunları buraxması DÇ-2026-ya hazırlığa mənfi təsir göstərəcək? Bunu zaman göstərəcək. Hələlik isə bəlli olan budu ki, bu məqam azarkeşlərdə və ekspertlərdə narahatlıq doğurur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Fevral 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri