Ucarda sakinlər internetdən ŞİKAYƏT EDİRLƏR: Kəndin bir hissəsinə çəkilib, bir hissəsinə y…
Icma.az, Oxu.az saytına istinadən bildirir. Ucar rayonunun Küçəkənd kəndində sakinlər internetlə tam şəkildə təmin olunmaması ilə bağlı nara
Bu barədə Oxu.Az-a edilən müraciətdə bildirilir ki, kəndin bir hissəsinə internet xətti çəkilsə də, digər hissə hələ də internetsizdir.
"Kəndin çox hissəsində internet var, amma bizdə yoxdur. Müraciət etsək də, gəlib çəkmirlər", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Aztelekom" MMC-dən bildirilib ki, sözügedən müraciət araşdırılıb.
"Ərazidə yüksəksürətli telekommunikasiya xidmətlərinin göstərilməsinə imkan verən optik şəbəkə (GPON) layihəsinin tətbiqi üzrə işlər yekunlaşıb.
Vətəndaş xidmətlərdən yararlanmaq üçün müraciət etmədiyindən qoşulma təmin edilməyib.
Əməkdaşımız vətəndaşla əlaqə saxlayıb və sənədləşmə işləri üçün "Aztelekom"un Aran regional filialının Ucar şöbəsinə, həmçinin rəsmi internet səhifəsinə (www.aztelekom.az) onlayn müraciət etməyi tövsiyə edib.
Vətəndaşın müraciəti əsasında müqavilə bağlandıqdan sonra xidmətlərə qoşulması təmin ediləcək.
Tam oxu
Xəbəri oxu