Ucarda sakinlər internetdən ŞİKAYƏT EDİRLƏR: Kəndin bir hissəsinə çəkilib, bir hissəsinə yox
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Ucar rayonunun Küçəkənd kəndində sakinlər internetlə tam şəkildə təmin olunmaması ilə bağlı narazılıqlarını bildiriblər.
Bu barədə Oxu.Az-a edilən müraciətdə bildirilir ki, kəndin bir hissəsinə internet xətti çəkilsə də, digər hissə hələ də internetsizdir.
"Kəndin çox hissəsində internet var, amma bizdə yoxdur. Müraciət etsək də, gəlib çəkmirlər", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Aztelekom" MMC-dən bildirilib ki, sözügedən müraciət araşdırılıb.
"Ərazidə yüksəksürətli telekommunikasiya xidmətlərinin göstərilməsinə imkan verən optik şəbəkə (GPON) layihəsinin tətbiqi üzrə işlər yekunlaşıb. Vətəndaş xidmətlərdən yararlanmaq üçün müraciət etmədiyindən qoşulma təmin edilməyib.
Əməkdaşımız vətəndaşla əlaqə saxlayıb və sənədləşmə işləri üçün "Aztelekom"un Aran regional filialının Ucar şöbəsinə, həmçinin rəsmi internet səhifəsinə (www.aztelekom.az) onlayn müraciət etməyi tövsiyə edib. Vətəndaşın müraciəti əsasında müqavilə bağlandıqdan sonra xidmətlərə qoşulması təmin ediləcək.
Vətəndaşlardan bütün hallarda yarana biləcək sual və təkliflərlə bağlı "Aztelekom"un 24/7 rejimdə fəaliyyət göstərən Çağrı mərkəzinə - "170" qısa nömrəsinə müraciət etmələri xahiş olunur",- deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 Fevral 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















