Icma.az bildirir, Olke.az portalına istinadən. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün keçirilən mətbuat konfransında uçot dərəcəsin
Uçot dərəcəsinin 7%-ə endirilməsinin bank kreditləșməsinə təsirləri nələr ola bilər?
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, 0,25 faiz bəndlik azalma Azərbaycan üçün kifayət qədər kiçik hesab olunur və real iqtisadi təsiri zəifdir: "Bundan əlavə, uçot dərəcəsi ilə yerli bank sektorundakı faizlər arasında birbaşa və güclü əlaqə yoxdur.
Uçot dərəcəsi bankların Mərkəzi Bankdan götürdüyü kreditlərə tətbiq olunan faiz dərəcəsidir.
İnkişaf etmiş ölkələrdə bu dərəcə pulun qiymətini müəyyən edir və birbaşa bank kreditləri, əmanət faizləri və ümumi iqtisadi aktivlik üzərində ciddi təsirə malikdir.
Uçot dərəcəsi aşağı düşəndə, orada kreditlər ucuzlaşır, əmanətlər üzrə faizlər də azalır".
Ekspertin sözlərinə görə, Azərbaycanda isə bu mexanizm zəif işləyir.
"Faizlərin çox az düşməsi, bəlkə çox da düşməsi kredit və əmanət faizlərinə əhəmiyyətli təsir göstərmir.