Icma.az
close
up
RU
Uçot dərəcəsi endirildi Kredit faizləri də azalacaqmı?

Uçot dərəcəsi endirildi Kredit faizləri də azalacaqmı?

Icma.az bildirir, Olke.az portalına istinadən.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün keçirilən mətbuat konfransında uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə qərar qəbul edib.

Uçot dərəcəsinin 7%-ə endirilməsinin bank kreditləșməsinə təsirləri nələr ola bilər?

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, 0,25 faiz bəndlik azalma Azərbaycan üçün kifayət qədər kiçik hesab olunur və real iqtisadi təsiri zəifdir: 

"Bundan əlavə, uçot dərəcəsi ilə yerli bank sektorundakı faizlər arasında birbaşa və güclü əlaqə yoxdur.
Uçot dərəcəsi bankların Mərkəzi Bankdan götürdüyü kreditlərə tətbiq olunan faiz dərəcəsidir. İnkişaf etmiş ölkələrdə bu dərəcə pulun qiymətini müəyyən edir və birbaşa bank kreditləri, əmanət faizləri və ümumi iqtisadi aktivlik üzərində ciddi təsirə malikdir. Uçot dərəcəsi aşağı düşəndə, orada kreditlər ucuzlaşır, əmanətlər üzrə faizlər də azalır".

Ekspertin sözlərinə görə, Azərbaycanda isə bu mexanizm zəif işləyir. 

"Faizlərin çox az düşməsi, bəlkə çox da düşməsi kredit və əmanət faizlərinə əhəmiyyətli təsir göstərmir. Ölkədəki qiymət səviyyəsi və faizlər bir çox hallarda daxili deyil, xarici amillərlə müəyyən olunur. Çünki xeyli sayda məhsul və mal idxal olunur və bu da qiymətləri xaricdən asılı vəziyyətə salır.

Uçot dərəcəsinin endirilməsi, əslində, inflyasiya təhlükəsinin mövcud olmadığını göstərən siqnaldır. Lakin qiymət artımı və inflyasiya səviyyəsi Azərbaycanda bu qərarlardan birbaşa təsirlənmir. Eyni zamanda əmanət faizlərinə də bu addımın heç bir təsiri yoxdur. Əmanət faizləri ölkədə onsuz da yüksək səviyyədə qalır".

Ə.Həsənov hesab edir ki, bu qərar daha çox Mərkəzi Bankın bazara göndərdiyi bir siqnaldır – inflyasiya və qiymət artımı ilə bağlı narahatlıq yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyul 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri