Uçot dərəcəsinin azaldılması nə ilə bağlıdır? EKSPERT RƏYİ | Icma.az
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb
Oxu.Az xəbər verir ki, qərara əsasən, AMB uçot dərəcəsini 7%-ə endirib. Bəs uçot dərəcəsinin azaldılması nə deməkdir?
Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, mərkəzi banklar tərəfindən müəyyən olunan uçot dərəcəsi, həmin ölkənin tənzimləyici orqanı hesab olunan sözügedən qurum tərəfindən digər banklara yönəldilən vəsaitlərin, yəni kredit vəsaitlərinin real dəyəridir.
"Bilirsiniz ki, kommersiya banklarının, ümumiyyətlə, ölkədə fəaliyyət göstərən bankların kredit resursları üç mənbə hesabına formalaşır.
Birincisi, əhalidən topladıqları, o cümlədən hüquqi təşkilatlardan, hüquqi şəxslərdən cəm etdikləri depozitlər hesabına; ikincisi, xarici maliyyə qurumlarından əldə etdikləri kredit vəsaitləri hesabına; üçüncüsü isə, Mərkəzi Bankdan aldıqları kredit resurslarından.
Həmin kredit resurslarının qiymətini AMB-nin uçot dərəcəsi müəyyən edir.
Bu da bilavasitə, dolayı yolla ölkə üzrə təklif olunan kredit resurslarının faiz dərəcələrini müəyyən edir və onun formalaşmasına təsir göstərir.
Yəni ölkədə həyata keçirilən pul-kredit siyasətinin istiqamətini tənzimləyir", - deyə P.Heydərov bildirib.
Tam oxu
Xəbəri oxu