Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Uçot dərəcəsinin azaldılması nə ilə bağlıdır? EKSPERT RƏYİ

Uçot dərəcəsinin azaldılması nə ilə bağlıdır? EKSPERT RƏYİ

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, qərara əsasən, AMB uçot dərəcəsini 7%-ə endirib.

Bəs uçot dərəcəsinin azaldılması nə deməkdir?

Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, mərkəzi banklar tərəfindən müəyyən olunan uçot dərəcəsi, həmin ölkənin tənzimləyici orqanı hesab olunan sözügedən qurum tərəfindən digər banklara yönəldilən vəsaitlərin, yəni kredit vəsaitlərinin real dəyəridir.

"Bilirsiniz ki, kommersiya banklarının, ümumiyyətlə, ölkədə fəaliyyət göstərən bankların kredit resursları üç mənbə hesabına formalaşır. Birincisi, əhalidən topladıqları, o cümlədən hüquqi təşkilatlardan, hüquqi şəxslərdən cəm etdikləri depozitlər hesabına; ikincisi, xarici maliyyə qurumlarından əldə etdikləri kredit vəsaitləri hesabına; üçüncüsü isə, Mərkəzi Bankdan aldıqları kredit resurslarından. Həmin kredit resurslarının qiymətini AMB-nin uçot dərəcəsi müəyyən edir. Bu da bilavasitə, dolayı yolla ölkə üzrə təklif olunan kredit resurslarının faiz dərəcələrini müəyyən edir və onun formalaşmasına təsir göstərir. Yəni ölkədə həyata keçirilən pul-kredit siyasətinin istiqamətini tənzimləyir", - deyə P.Heydərov bildirib.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin qaldırılması pul-kredit siyasətinin sərtləşdirilməsi, azaldılması isə pul-kredit siyasətinin yumşaldılması mənasını verir:

"Adətən ölkədə inflyasiya yüksək səviyyəyə qalxdıqda AMB uçot dərəcəsini qaldırır, inflyasiya nəzərdə tutulan hədəfdə olduqda isə uçot dərəcəsini azaldaraq iqtisadiyyatın maliyyələşdirilməsini stimullaşdırır. Uçot dərəcəsinin mənası budur. Bizdə uçot dərəcəsi bilavasitə kredit vəsaitlərinin faizlərinə ciddi təsir göstərmir. Bu isə uzunmüddətli bir problemdir və müəyyən səbəbləri var".

Uçot dərəcəsinin aşağı salınmasının səbəbinə gəlincə isə, P.Heydərov bunun əsas səbəbinin hazırda ölkədə inflyasiyanın normal səviyyədə olması ilə əsaslandırıb:

"Təsadüfi deyil ki, AMB tərəfindən verilən digər açıqlamada inflyasiyanın nəzərdə tutulan hədəfdə olacağı bildirilib. Ona görə də AMB bir neçə aylıq fasilədən sonra uçot dərəcəsini 0.5 faiz bəndi azalması ilə bağlı qərar verib. İnflyasiya ilin əvvəlində - yanvar, fevral, mart, aprel aylarında bir qədər sürətli olub, may ayından sonra isə inflyasiya tempi aşağı düşüb.

Bunun əsas səbəbi isə həm mövsümi faktorlarla, həm də qlobal şərait, yəni ölkədən kənardakı amillər nöqteyi-nəzərindən bir sıra təsirlərin yumşalması ilə bağlıdır.

Qeyd etdiyim kimi uçot dərəcəsinin aşağı salınmasının əsas səbəbi mövsümi faktorla bağlı olduğundan, hesab edirəm ki, payız aylarından, yəni sentyabrdan sonrakı dövrdə inflyasiya tempi yenidən artmağa meyilli olacaq. Əgər buna digər kənar faktorlar da əlavə olunarsa, vəziyyət bir qədər mürəkkəbləşə bilər. Ümumilikdə isə güclü inflyasiya artımı gözlənilmir. Ən dəqiq müşahidəni payız aylarında həyata keçirə biləcəyik", - deyə P.Heydərov fikirlərini yekunlaşdırıb.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyul 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri