Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu il Amerikada texniki avadanlıqlar mağazasından biri “Qara Cümə” (Black Friday) kampaniyası ilə əlaqədar ciddi dərəcədə endirimlər edib.
Hətta qadın alıcılardan biri cəmi 10 dollara son model “İphone” markalı telefon alıb.
Maraqlıdır, brend olan markanın məhsulunu belə bir qiymətə satmaq texnologiya bazarına necə təsir edəcək?
Bu cür fantastik endirimlər realdırmı və Azərbaycana da aid edilə bilərmi?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu, sadəcə reklam kampaniyasıdır: “Dünya təcrübəsində bu cür fantastik endirimlər olur.
Bu, normal satış deyil, reklam kampaniyasıdır. Hətta məhsulu pulsuz da verə bilərlər.
Reklam kampaniyasının tərkib hissəsi kimi pulsuz verilən hədiyyələr də olur.