Icma.az
close
up
RU
Ucuz “İphone” fırıldağı: “Müştəriləri belə aldadırlar” İqtisadçılar sirləri açdı

Ucuz “İphone” fırıldağı: “Müştəriləri belə aldadırlar” İqtisadçılar sirləri açdı

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il Amerikada texniki avadanlıqlar mağazasından biri “Qara Cümə” (Black Friday) kampaniyası ilə əlaqədar ciddi dərəcədə endirimlər edib. Hətta qadın alıcılardan biri cəmi 10 dollara son model “İphone” markalı telefon alıb.

Maraqlıdır, brend olan markanın məhsulunu belə bir qiymətə satmaq texnologiya bazarına necə təsir edəcək? Bu cür fantastik endirimlər realdırmı və Azərbaycana da aid edilə bilərmi?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu, sadəcə reklam kampaniyasıdır:

“Dünya təcrübəsində bu cür fantastik endirimlər olur. Bu, normal satış deyil, reklam kampaniyasıdır. Hətta məhsulu pulsuz da verə bilərlər. Reklam kampaniyasının tərkib hissəsi kimi pulsuz verilən hədiyyələr də olur. Belə kampaniya reklamları bir nəfərə yox, yüz alıcıya da şamil edilə bilər. Ona görə də burada qeyri-adi bir məsələ yoxdur.

Bu cür endirimlərin və kampaniyaların texnologiya dünyasına təsiri demək olar ki, yoxdur. Yeni məhsullar təqdim olunduqca, bahalaşma davam edəcək. O zaman məhsul ucuz olar ki, tələb azalsın və onu almasınlar. İkinci bir məqam isə istehsal və təklifin çox olmasıdır. Bu iki halda nə isə ucuzlaşa bilər. Qalan hallarda ucuzlaşma gözləmək yanlışdır”.

İqtisadçı Natiq Cəfərli isə saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycanda keçilirən "Qara Cümə” kampaniyası Avropa ölkələrindən çox fərqlənir. Onun sözlərinə görə, ölkəmizdə bu kampaniya saxta formada keçirilir və əvvəlcə qiymətlər bahalaşdırılaraq vətəndaşlar "endirim" adı altında aldadılır:

“Azərbaycanda “Qara Cümə” kampaniyaları zaman etibarilə digər ölkələrlə paralel şəkildə keçirilsə də, məntiqi fərqlidir. Ölkəmizdə beynəlxalq satış şəbəkələri fəaliyyət göstərmir. Ən yaxşı halda, mağazalar françayzinq müqaviləsi ilə fəaliyyət göstərir. Yəni adını və məhsullarını Azərbaycan bazarına verir və şəbəkə formasında işləmirlər. Bunun da səbəbi bir sıra problemlərin olmasıdır. Azərbaycandan qaynaqlanan problemlər də var ki, həmin xarici şirkətlər birbaşa əlaqələr qurmağı istəmirlər. “Qara Cümə” kampaniyaları ölkəmizdə lokal formada keçirilir və əvvəlcədən qiymətlər bahalaşdırılır. Kampaniya günündə isə 60-70 faiz bahalaşdırılan qiymətlərə endirimlər edilir və bu da alıcılar tərəfindən narazılıqlara səbəb olur. Bir müsbət cəhət var ki, beynəlxalq onlayn platformalar ölkəmizdə də fəaliyyət göstərir və insanlar bu sayədə xarici ölkələrdə fəaliyyət göstərən mağazaların belə kampaniyalarda təklif etdiyi endirimlərdən yararlana bilirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Dekabr 2024 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri