Ucuz qiymətə satılan GEYİMLƏR Onlar hansı materiallardan HAZIRLANIR? | Icma.az
Bizim media saytına istinadən Icma.az xəbər verir. Son vaxtlar bəzi mağazalarda 10 manatdan ucuz ayaqqabılar, koftalar 20-25 manata satılan
Orta qiymətli bir mağazada kurtkaların 55-60 manatdan başladığını nəzərə alsaq, həddindən aşağı qiymətlərin olması suallar doğurur.
Qeyd edək ki, həmin ucuz məhsulların alıcılarıyla yanaşı, “ucuz ətin şorbası olmaz” deyənlər də var.Maraqlıdır ki, bəhsedilən məhsullar necə belə aşağı qiymətə olur?
Onlar ölkəyə neçəyə gətirilir ki, belə bir qiymətə satıla bilir?Yoxsa bu qiymətlərin səbəbi onların materialıdır?Marketoloq Elxan Mərdanlı məsələylə bağlı bəzi məqamları Bizim.Media-ya açıqlayıb.O bildirib ki, inkişaf edən moda sənayesinin digər tərəfi də bazarda mənşəyi bilinməyən, keyfiyyətsiz və inanılmaz dərəcədə ucuz qiymətə satılan məhsulların çoxluğudur.“Moda və dəb dedikdə insanların ağlına ilk olaraq İtaliya brendləri gəlir.
Bu ölkə keyfiyyətli materiallar incə işçilik və unikal dizaynları ilə seçilir.
İtaliya brendləri yalnız yüksək standartlara uyğun məhsullar təklif edərək bazarda öz xüsusi yerini qoruyur.
Ancaq bizim kimi inkişaf etməkdə olan ölkələrdə vəziyyət fərqlidir.
Tekstil sənayesi hələ inkişaf etmədiyi üçün yerli bazar ucuz və keyfiyyətsiz məhsullar üçün geniş imkanlar yaradır”.Müsahibimiz aşağı qiymətə satılan geyimlərin materialından danışıb:“Sosial şəbəkələrdə və yerli bazarlarda tez-tez “Gəl, 5 AZN apar”, “10 AZN gödəkçə” kimi sloqanlarla satışlar həyata keçirilir.
Tam oxu
Xəbəri oxu