Icma.az
close
up
RU
Ucuz qiymətə satılan GEYİMLƏR Onlar hansı materiallardan HAZIRLANIR?

Ucuz qiymətə satılan GEYİMLƏR Onlar hansı materiallardan HAZIRLANIR?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar bəzi mağazalarda 10 manatdan ucuz ayaqqabılar, koftalar 20-25 manata satılan kurtkalar satılır. Orta qiymətli bir mağazada kurtkaların  55-60 manatdan başladığını nəzərə alsaq, həddindən aşağı qiymətlərin olması suallar doğurur.  
Qeyd edək ki, həmin ucuz məhsulların alıcılarıyla yanaşı, “ucuz ətin şorbası olmaz” deyənlər də var.
Maraqlıdır ki, bəhsedilən məhsullar necə belə aşağı qiymətə olur? Onlar ölkəyə neçəyə gətirilir ki, belə bir qiymətə satıla bilir?
Yoxsa bu qiymətlərin səbəbi onların materialıdır?
Marketoloq Elxan Mərdanlı məsələylə bağlı bəzi məqamları Bizim.Media-ya açıqlayıb.
O bildirib ki, inkişaf edən moda sənayesinin digər tərəfi də bazarda mənşəyi bilinməyən, keyfiyyətsiz və inanılmaz dərəcədə ucuz qiymətə satılan məhsulların çoxluğudur.
“Moda və dəb dedikdə insanların ağlına ilk olaraq İtaliya brendləri gəlir. Bu ölkə keyfiyyətli materiallar incə işçilik və unikal dizaynları ilə seçilir. İtaliya brendləri yalnız yüksək standartlara uyğun məhsullar təklif edərək bazarda öz xüsusi yerini qoruyur. Ancaq bizim kimi inkişaf etməkdə olan ölkələrdə vəziyyət fərqlidir. Tekstil sənayesi hələ inkişaf etmədiyi üçün yerli bazar ucuz və keyfiyyətsiz məhsullar üçün geniş imkanlar yaradır”.
Müsahibimiz aşağı qiymətə satılan geyimlərin materialından danışıb:
“Sosial şəbəkələrdə və yerli bazarlarda tez-tez “Gəl, 5 AZN apar”, “10 AZN gödəkçə” kimi sloqanlarla satışlar həyata keçirilir. Bu qədər ucuz məhsulların istehsalı və idxalı insanları heyrətləndirir və belə bir sual yaradır ki,  bu geyimlər hansı materiallardan hazırlanır və onların xərci necə bu qədər az olur? Ucuz geyimlər adətən  tamamilə sintetik materiallardan hazırlanır. Polyester, akril və neylon kimi materiallar ucuz və kütləvi istehsal üçün əlverişlidir. Lakin bu materiallar dəriyə nəfəs alma imkanı vermir və uzun müddət istifadədə sağlamlıq problemlərinə səbəb ola bilər”.
Elxan Mərdanlının sözlərinə görə daha aşağı qiymətlə məhsul istehsal etmək üçün bəzi istehsalçılar tekstil tullantılarından və ya təkrar emal olunmuş xammaldan istifadə edir. Bu materiallar gigiyenik standartlara cavab vermir və insan sağlamlığı üçün təhlükəli ola bilər.
“Belə məhsullar çox vaxt qeyri-leqal sexlərdə minimal işçi hüquqları və keyfiyyət nəzarəti olmadan kütləvi şəkildə istehsal olunur. Məqsəd yalnız kəmiyyətin artırılmasıdır.
Ucuz məhsulların idxalı ilə bağlı ciddi suallar var. Tanınmış brendlər ölkəyə məhsul idxal edərkən gigiyenik və keyfiyyət sertifikatlarını, Respublika Sanitariya-Karantin Mərkəzində məhsullarını yoxlamaq üçün təqdim edirlər. Bu məhsullar yalnız müvafiq sertifikat əldə etdikdən sonra bazara daxil olur. Lakin 10 AZN-ə gödəkçə satan mağazalarda bu prosedurlara əməl edildiyi ilə bağlı ciddi şübhələr var”.
Həmsöhbətimiz keyfiyyətsiz sertifikatsız məhsulların uzun müddətli istifadəsinin sağlamlıq üçün yaratdığı təhlükələrdən də danışıb:
“Sintetik materiallar dəriyə təbii nəfəs alma imkanı vermir və bu, dəri xəstəliklərinə səbəb ola bilər. Mənşəyi bilinməyən materiallardan hazırlanmış geyimlərdə zərərli kimyəvi maddələrin mövcud olması ehtimalı yüksəkdir.
Avropada belə məhsulların bazara çıxarılması mümkün deyil. Çünki hər bir məhsul müəyyən standartlara cavab verməli və sertifikatlaşdırılmalıdır. Lakin bizim kimi inkişaf etməkdə olan ölkələrdə belə məhsulların bazarda geniş yer tutması normal hala çevrilib”.
Məsələdə iqtisadi reallıq nədir?
“10 AZN-ə satılan bir gödəkçənin idxal xərci təxminən 3-5 AZN arasındadır. Bu, o deməkdir ki, istehsalçı da, satıcı da hər biri 3-5 AZN qazanc əldə etmək üçün məhsulun keyfiyyətini mümkün qədər aşağı salır. Belə məhsulların istehsalı və idxalı indiki bazar iqtisadiyyatı şəraitində real və uzunmüddətli perspektivdə dayanıqlı deyil.
Dövlət qurumları belə məhsulların idxalı və bazara çıxarılmasına daha ciddi nəzarət etməli, standartların qorunmasını təmin etməlidirlər. Yerli tekstil sənayesinin inkişafı isə bu məsələnin həlli üçün əsas addımlardan biri ola bilər”,- deyə marketoloq sonda əlavə edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bizim.media
archiveBu xəbər 01 Yanvar 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri