Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, yeddinci tura doqquz qarşılaşma ilə start verilib.
Bu tura qədər məğlub olmayan "Arsenal" səfərdə "İnter"in qonağı olub.
"Topçular" qələbə seriyasını davam etdirərək Milanda 1:3 hesablı qalibiyyətə seviniblər.
London təmsilçisinə qələbə qazandıran qolları Qabriel Jezus (dubl) və Viktor Qyökereş vurublar.
"İnter"in yeganə qolunun müəllifi isə Petar Suçiç olub. UEFA Çempionlar Liqası: "Arsenal" yenə qələbə qazandı, "Napoli" heç-heçəyə razılaşdı
Səfərdə "Kopenhagen"lə qarşılaşan neapollular 1:1 hesablı heç-heçəyə razılaşıblar.