UEFA Çempionlar Liqası: Arsenal yenə qələbə qazandı, Napoli heç heçəyə razılaşdı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, yeddinci tura doqquz qarşılaşma ilə start verilib.
Bu tura qədər məğlub olmayan "Arsenal" səfərdə "İnter"in qonağı olub. "Topçular" qələbə seriyasını davam etdirərək Milanda 1:3 hesablı qalibiyyətə seviniblər. London təmsilçisinə qələbə qazandıran qolları Qabriel Jezus (dubl) və Viktor Qyökereş vurublar. "İnter"in yeganə qolunun müəllifi isə Petar Suçiç olub.
UEFA Çempionlar Liqası: "Arsenal" yenə qələbə qazandı, "Napoli" heç-heçəyə razılaşdı
İtaliyanın digər təmsilçisi "Napoli" də qələbə qazana bilməyib. Səfərdə "Kopenhagen"lə qarşılaşan neapollular 1:1 hesablı heç-heçəyə razılaşıblar. "Napoli"dən Skott Maktominey, Danimarka təmsilçisindən isə Cordan Larsson fərqlənib.
UEFA Çempionlar Liqası: "Arsenal" yenə qələbə qazandı, "Napoli" heç-heçəyə razılaşdı
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Kayrat" - "Brügge" - 1:4;
"Budyo Qlimt" - "Mançester Siti" - 3:1.
"Olimpiakos" - "Bayer Leverkuzen" - 2:0;
"Real Madrid" - "Monako" - 6:1;
"Sportinq" - PSJ - 2:1;
"Tottenhem" - "Borussiya Dortmund" - 2:0;
"Vilyarreal" - "Ayaks" - 1:2.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 21 Yanvar 2026 02:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















