UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub

12.11.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Milli.Az xəbər verir ki, yığma A Liqasının I qrupunun V turunda Belçika seçməsi ilə qarşılaşıb.

İzmirdəki "Gürsel Aksel" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

"Ay-ulduzlular" yeni baş məşqçisi Sergen Yalçının rəhbərliyi altında ilk matçına çıxıb.

3 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub. Görüş Belçikanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Türkiyə millisi keçirdiyi 5 oyunun hamısında məğlub olaraq xalsız 4-cü pillədə qərarlaşıb. Belçika isə eyni sayda qarşılaşmada 9 xal toplayaraq 2-ci sırada yer alıb.

12 noyabr

UEFA Millətlər Liqası,

A Liqası, I qrup, V tur

21:00. Türkiyə - Belçika 1:2

Hakim: Sandro Şerer (İsveçrə)

Stadion: "Gürsel Aksel", İzmir

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью