UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Milli.Az xəbər verir ki, yığma A Liqasının I qrupunun V turunda Belçika seçməsi ilə qarşılaşıb.
İzmirdəki "Gürsel Aksel" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
"Ay-ulduzlular" yeni baş məşqçisi Sergen Yalçının rəhbərliyi altında ilk matçına çıxıb.
3 qolun vurulduğu matçda sevinən tərəf qonaqlar olub. Görüş Belçikanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Türkiyə millisi keçirdiyi 5 oyunun hamısında məğlub olaraq xalsız 4-cü pillədə qərarlaşıb. Belçika isə eyni sayda qarşılaşmada 9 xal toplayaraq 2-ci sırada yer alıb.
12 noyabr
UEFA Millətlər Liqası,
A Liqası, I qrup, V tur
21:00. Türkiyə - Belçika 1:2
Hakim: Sandro Şerer (İsveçrə)
Stadion: "Gürsel Aksel", İzmir
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:168
Bu xəbər 12 Noyabr 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















