UEFAdan ispanlara sərt cəza | Icma.az
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Başa çatan həftə ilə bağlı maraqlı tendensiya var.
İspaniyalı hakimlər ardıcıl ikinci dəfə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunlarına təyinat almadı.
UEFA-nın Hakimlər Komitəsi bu ölkədən olan referiləri cəzalandırmağı lazım bilib.
Oktyabrın 22-24-ü aralığında qitə kubokları çərçivəsində keçirilən oyunlarda da belə olmuşdu.Belə sərt cəzanın çox sadə səbəbi var – UEFA-nın Hakimlər Komitəsinin sərdi Roberto Rozetti “Relevo” nəşrinə sızan informasiyanın əvəzini bu yolla çıxmaq istəyir.
Adı çəkilən nəşr sentyabrda UEFA-nın AÇ-2024-də keçirilən İspaniya – Almaniya (2:1) oyununu idarə edən Entoni Teylorun Mark Kukurelyanın əllə oynamasına görə penalti nöqtəsini göstərməməsinin səhv olduğunu etiraf etdiyini yazmışdı.
Əslində söhbət səhvdən getmirdi. Hakimlər Komitəsi, sadəcə, qalmaqala reaksiya vermiş və avrokubokların 2024/25 mövsümündən etibarən əllə oy
Yeni təfsirdə deyilir ki, qapıya zərbə zamanı əllə topun təması halında sərt cəza vermək, penalti təyin etmək lazımdı.
Müdafiəçinin əlinin bədənə çox yaxın olduğu və ya bədənə sıxıldığı hallar istisna olmaqla.
Tam oxu
Xəbəri oxu