Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

UEFAdan ispanlara sərt cəza

UEFAdan ispanlara sərt cəza

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Başa çatan həftə ilə bağlı maraqlı tendensiya var.

İspaniyalı hakimlər ardıcıl ikinci dəfə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunlarına təyinat almadı. UEFA-nın Hakimlər Komitəsi bu ölkədən olan referiləri cəzalandırmağı lazım bilib. Oktyabrın 22-24-ü aralığında qitə kubokları çərçivəsində keçirilən oyunlarda da belə olmuşdu.
Belə sərt cəzanın çox sadə səbəbi var – UEFA-nın Hakimlər Komitəsinin sərdi Roberto Rozetti “Relevo” nəşrinə sızan informasiyanın əvəzini bu yolla çıxmaq istəyir.
Adı çəkilən nəşr sentyabrda UEFA-nın AÇ-2024-də keçirilən İspaniya – Almaniya (2:1) oyununu idarə edən Entoni Teylorun Mark Kukurelyanın əllə oynamasına görə penalti nöqtəsini göstərməməsinin səhv olduğunu etiraf etdiyini yazmışdı. Əslində söhbət səhvdən getmirdi. Hakimlər Komitəsi, sadəcə, qalmaqala reaksiya vermiş və avrokubokların 2024/25 mövsümündən etibarən əllə oyunla bağlı tətbiq olunan yeni təfsiri açıqlamışdı.
Yeni təfsirdə deyilir ki, qapıya zərbə zamanı əllə topun təması halında sərt cəza vermək, penalti təyin etmək lazımdı. Müdafiəçinin əlinin bədənə çox yaxın olduğu və ya bədənə sıxıldığı hallar istisna olmaqla. Kukurelyanın epizodunda əl bədənə o qədər də yaxın deyildi. Belədə bədən həcmi artır, yəni yeni təlimata əsaslansaq, mütləq penalti təyin olunur.
İş ondadı ki, avrokubokların yeni mövsümünün startı ərəfəsində UEFA Hakimlər Komitəsi oyunlarda iş başında olacaq hakimlərə və inspektorlara yeni tövsiyələri çatdırıb. Bu hadisə sentyabrda, yəni Çempionlar Liqası start götürməmiş baş verib. İspaniyalı hakimlərdən hansısa bu dəyişiklikdən jurnalistləri xəbərdar edib.
İspaniyalıları penalti ilə cəzalandırmayan Teylor isə iyulda düzgün qərar vermişdi. O, həmin vaxt mövcud olan təlimata əsaslanıb, yəni Kukurelyanın əlinin təbii vəziyyətdə olduğunu düşünüb. Bu üzdən penalti nöqtəsini göstərmək üçün əsas tapmayıb. Daha bir məqam var: onsuz da Almaniya yığması həmin epizodda penaltiyə iddia edə bilməzdi. Ona görə ki, Camal Musialanın məlum zərbəsindən saniyələr əvvəl Niklas Füllkruq ofsayda düşmüşdü. Həmin oyunda VAR hakimi kimi Teylora yardım edən həmvətəni Stüart Attuell almanların hücumunun gedişində bir neçə epizodu dəyərləndirməli oldu.
İspaniya mediası həqiqətən də UEFA-nın yeni təlimatını yayıb. Həm də özünəməxsus şəkildə şərh etməklə. Ancaq belə informasiya istənilən halda uzun müddət gizli saxlanıla bilməz, bir halda ki, yüzlərlə hakim və inspektor ondan xəbərdar idi. Bu təlimatı sirr kimi saxlamağın əhəmiyyətini anladan yoxdu. UEFA əslində rəsmi səviyyədə bununla bağlı açıqlama verməli, futbol ictimaiyyətinə əllə oyunun təfsirinin dəyişdiyini anlatmalıydı.
Görəsən, Rozettinin yeniliyi dövlət sirri kimi qorumasının mənası nədi? Havadan asılı qalan bu sual öz yerində. Başqa bir maraqlı məqam isə odu ki, bir nəfərə görə İspaniyanın bütün hakimləri cəzalandırılır ki, bunu da sağlam məntiqlə izah etmək çətindi. Ya da bəlkə söhbət təkcə “Kukurelya əli” ilə bağlı deyil, UEFA ilə ispaniyalı hakimlər arasında bilmədiyimiz hansısa başqa qalmaqal da var?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Noyabr 2024 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see627

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see601

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see597

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see452

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see411

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see381

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see342

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see323

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see312

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see301

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri