Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Hər bir problemin həlli var, yeganə çətinlik onu tapmaqdan ibarətdir.
Görüləcək işləriniz barədə qeydlər edin. Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz və uyğun variantı seçməyə çalışırsız.
Biz gündəlik iş prosesində, müxtəlif situasiyalarda qərarlar qəbul etmək məcburiyyətindəyik.
Çox düşünürük, tələsirik, sonradan isə nəticədən narazı qalırıq. Elə anlarımız olur ki, verdiyimiz qərar həyatımızda çox mühüm rol oynamır.
Amma elə vəziyyət də olur ki, yalnış qərarlar taleyimizi həll edir. Bəs, necə qərar qəbul edək ki, sonradan peşman olmayaq.
İnsan daima seçim arasındadır: “nahara nə alsın?”, “dincəlməyə hara getsin?”, “hansı ali təhsil müəssisəsində təhsil alsın?”, “hansı peşəni seçsin?”, “pul necə qazansın?” və s.
Adi məsələlərdə qərar asanlıqla verilir və tez qəbul olunur. Nəinki ciddi seçim qarşısında qalmaq.
Belə halda düzgün qərar böyük uğur gətirə bilər və ya əksinə, uğursuzluğa, itkiyə səbəb ola bilər.