Icma.az
close
up
RU
Uğur qazanmağın ən asan yolu

Uğur qazanmağın ən asan yolu

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Hər bir problemin həlli var, yeganə çətinlik onu tapmaqdan ibarətdir.

Görüləcək işləriniz barədə qeydlər edin. Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz və uyğun variantı seçməyə çalışırsız.

Biz gündəlik iş prosesində, müxtəlif situasiyalarda qərarlar qəbul etmək məcburiyyətindəyik. Çox düşünürük, tələsirik, sonradan isə nəticədən narazı qalırıq. Elə anlarımız olur ki, verdiyimiz qərar həyatımızda çox mühüm rol oynamır. Amma elə vəziyyət də olur ki, yalnış qərarlar taleyimizi həll edir. Bəs, necə qərar qəbul edək ki, sonradan peşman olmayaq.

İnsan daima seçim arasındadır: “nahara nə alsın?”, “dincəlməyə hara getsin?”, “hansı ali təhsil müəssisəsində təhsil alsın?”, “hansı peşəni seçsin?”, “pul necə qazansın?” və s. Adi məsələlərdə qərar asanlıqla verilir və tez qəbul olunur. Nəinki ciddi seçim qarşısında qalmaq. Belə halda düzgün qərar böyük uğur gətirə bilər və ya əksinə,  uğursuzluğa, itkiyə səbəb ola bilər.

Düzgün seçim həyata keçirmək üçün mütləq müddətini təyin etmək lazımdır. Vaxtla yanaşı, emosiyalar da qərarın qəbul olunmasında maneələr yaradır. Çünki duyğular üstün gələndə insan obyektiv düşünə bilmir və düzgün qərar qəbul etmir. Belə bir vaxtda insan rahat və sakit olsa, daha yaxşıdır. Qərar qəbul edilmə prosesində düşüncələrimizdə mütləq prioritet qoyulmalıdır, fikirlərin ardıcıllığı olmalıdır. Əlbəttə ki, düzgün qərar qəbul etmək, əsasən, insanın təcrübəsindən asılıdır. Necə deyirlər: “Müdriklik illərlə gəlir”(düzünü desək, bunu da hamıya aid etmək olmaz).

Uğursuzluq qarşısında qorxu hissi də düzgün qərar verməyə mane olur. Qorxunu aradan qaldırmaq üçün alına biləcək nəticələri ətraflı təhlil etmək lazımdır. Addımlarınızı götür-qoy edin. Kiçik qərarlardan başlayın. Əvvəlcə təyin edin ki, hansı qərarı qəbul etmək fikrindəsiz. Sizdə bir neçə variant olmalıdır. Münasib variantı müəyyən edib seçməlisiz. Eləcə də, vəziyyəti analiz edin. Demirəm ki, oturub hansısa bir vəziyyətin təhlili üçün bütün vaxtınızı sərf edin. Yəqin ki, yatmazdan əvvəl gün ərzində baş verən hadisələri asanlıqla təhlil edib müvafiq nəticələr çıxarmaq olar. İnsanın şüuraltında (təltəlşüuru) hər bir yaranmış vəziyyətdən mümkün çıxış yolları var. Yuxu zamanı fasiləsiz təhlil prosesi keçir. Səhər isə təltəlşüurunuz sizə optimal variantı verə bilər.

Planlaşdırın! Siz görüləcək işləriniz barədə qeydlər edin. Qeyd zamanı siz avtomatik vəziyyəti təhlil edirsiz və uyğun variantı seçməyə çalışırsız. Eyni zamanda, qeydlər keçmişdə gördüyünüz səhvlərə əsaslanaraq gələcək qərarların düzgün qəbul olunmasına kömək edir.

Düzgün qərar qəbul olunmasını təmin edən amillərdən biri – obyektivlikdir. Vəziyyəti olduğu kimi qəbul etmək lazımdır. Yalan, şişirtmə faktlar yanlış seçimə gətirib çıxarır. Bəzən elə olur ki, müəyyən detalların aydınlaşdırılması seçimi geciktirir. Lakin buna da aldanmayın, yeni faktlar qərar qəbul edilmə prosesini daha da çətinləşdirir, çünki yeni məlumatları dəqiqləşdirmək istəyi yaranır. Zaman müxtəlif variantları təhlil etmək imkanlarını məhdudlaşdırır. Məsələn, sizə münasib olan iki müxtəlif yerə iş təklifini almısınız və siz qərarsızsınız. Əlbəttə, gec qərar qəbul etsəniz nəticədə işsiz qala bilərsiz.

Hansısa bir ciddi məsələni həll etmək üçün siz doğmaların və dostlarınızın həqiqətən faydalı məsləhətlərini də nəzərə ala bilərsiniz. Amma bir məqamı unutmayın - hamıya və hər kəsə öz problemləriniz haqqında danışmağa dəyməz. Daxili dialoq da bir çox hallarda faydalı ola bilər.

Alternativ yollar axtarın.Yalnız bir çıxış yolu ilə kifayətlənməyin. Heç olmasa müqayisə etmək üçün bir neçə variantlar fikirləşin. Təsəvvür edin ki, ilkin ideya mövcud deyil, belə vəziyyətdə nə edəcəksiniz? Əlbəttə bir neçə alternativ yollar tapacaqsınız.

Qərar qəbul etdikdən sonra, tam əminlik yaranır və uğur gözləmək olar. Amma yenə də diqqətli olun. Unutmayın ki, hətta uğurlu sahibkarlar valyuta məzənnəsini tez-tez dəyişir. Çeviklik və inad arasında balans tapın. Yalnız bu halda siz inadla məqsədə doğru hərəkət edəcəksiz və lazım olan məqamda fəaliyyət planınızı operativ şəkildə dəyişə bilərsiniz. Bir daha qeyd etmək istərdim ki, düzgün qərarlar qəbul etməyi öyrənmək üçün şəxsi təcrübədən istifadə etmək lazımdır. Bununla yanaşı yuxarıda göstərilən məsləhətləri də nəzərə alın. Qərar qəbul etmə və həyata keçirmə prosesində çevik olun.

Bəs, yanlış qərar qəbul etmisizsə, necə hərəkət etmək lazımdır? Cavab – bunu cəsarətlə etiraf edin və yaranmış vəziyyəti aradan qaldırmaq üçün özünüzdə güc tapın. İnanın ki, bu sonradan hər zaman gunahkarlıq hissiylə yaşamaqdan asandır. Yalnız vəziyyəti düzgün yola qoyaraq və ya heç olmasa buna cəhd edərək siz rahatlığınızı əldə edə bilərsiniz. İnsan özü-özündən qaça bilməz – bu fikir dəfələrlə təsdiq olunub.

Əslində toxunduğumuz mövzu ilk baxışdan göründüyü kimi sadə deyil. Belə ki, insanın həyatı verdiyi qərarların nəticələrindən asılıdır. Düzgün qərar verməyi bacarsaq həyatımız daha yaxşı olar.

Sizə hər zaman uğur gətirən düzgün qərarlar qəbul etməyi arzulayıram.

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Pcc.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 00:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see160

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see160

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see158

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see157

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see157

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see154

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see154

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see154

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see154

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see153

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see153

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see153

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see151

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see149

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see149

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see148

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see148

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri