Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. “Hər aşığın öz dövranı var”.
Nədənsə indi başlayacağım yazıya giriş etməzdən əvvəl yadıma ilk düşən məhz həmin ifadə oldu.
Aşıqların dövranı maraqlı, baxımlı olsa da əvvəl-axır başa çatır.
Bilmirəm bunların sonu necə olacaq, ancaq adlm kimi əminəm ki, yaxın vaxtlarda bunlar haqqında da keçmiş zamanda, özü də kinayə ilə danışılacaq.
Müasir internet texnologiyalarının cəmiyyətə pərçim etdiyi problemlərdən biri təbii ki, sosial şəbəklərədir.
Yarandığı gündən bu oyundan ağlım bir şey kəsməmişdi. Az müddət ərzində şəbəkələr Azərbaycan cəmiyyətində dərhal qəbul edildi və kütləyə elə
Dərhal məişətimizin bir hissəsinə çevrilən sosial bəla bütün cəmiyyəti ağuşuna aldı.
Çox keçmədən “Facebook” “İnstagram”, “WhatsApp”, nəhayət “TİkTok”un əsirinə çevirildik.