Icma.az
close
up
RU
Uğursuz adamlar, Adəm, Baboş və ”şair” İlhamə Cəmiyyətin “TikTok” dərdi KONKRET

Uğursuz adamlar, Adəm, Baboş və ”şair” İlhamə Cəmiyyətin “TikTok” dərdi KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Hər aşığın öz  dövranı var”. Nədənsə indi başlayacağım yazıya giriş etməzdən əvvəl yadıma ilk düşən məhz həmin ifadə oldu.

Aşıqların dövranı maraqlı, baxımlı olsa da əvvəl-axır başa çatır. Bilmirəm bunların sonu necə olacaq, ancaq adlm kimi əminəm ki, yaxın vaxtlarda bunlar haqqında da keçmiş zamanda, özü də kinayə ilə danışılacaq.  Müasir internet texnologiyalarının cəmiyyətə pərçim etdiyi  problemlərdən biri təbii ki, sosial şəbəklərədir. Yarandığı gündən bu oyundan ağlım bir şey kəsməmişdi. Az müddət ərzində şəbəkələr Azərbaycan cəmiyyətində dərhal qəbul edildi və  kütləyə elə gəldi ki, yüz illər gözlədiyini nəhayət ki, tapa bilib. Dərhal məişətimizin bir hissəsinə çevrilən sosial bəla bütün cəmiyyəti ağuşuna aldı. Çox keçmədən “Facebook” “İnstagram”, “WhatsApp”, nəhayət “TİkTok”un əsirinə çevirildik. Baboşdan tutmuş Mamoşa qədər hər birimizi “TikTok”a oturtdular. Bir də gözümüzü açıb gördük ki, millət “TikTiok”la nəfəs alır. Hər yerdə sosial bəla bizi daban-dabana  izləyir.

Cəmiyyət  qəbul etmədiyi təbəqəni  “TikTok”da görəndə əvvəl ciddi qəbul etmədi, daha sonra bu sifətlərə öyrəndi və həmin  dəstəylə hər gün “dərdləşməyə” başladı. Bir də baxıb gördük ki, səhər tezdən üz-gözünü yumağa belə ərinən kirli-palçıqlı biri bizə mənəviyyatdan dərs keçir. Bir də ayıldıq ki, həyatını traslarda keçirən “yol adamları” həm də  “mənəviyyat simvolu”ymuş.  Gününün yarısını trasda, yarısını “TikTok”da keçirən belə adamlar əməlli başlı fenomenə çevriləndə yenə əhəmiyyət vermədik. Bir də ayıldıq ki, ölkədə hər kəs Baboşdan danışır, hamı Baboş kimi hərəkət edir, özlərini ona oxşadırlar. Artıq ətrafımız baboşlarla dolanda bunun sosial şəbəkə sindromu olduğunu dərk etsək də, gec idi. Baboşlara bahalı ev, bahalı  maşın bağışlayan əmilər, dayılar sən demə həm də baboşların vurğunuymuş. Baboşluq etməyin belə gəlirli sahə olduğunu görənlərdə yeni həvəs yarandı və “hamı TikToka” prinsipiylə “milli hərəkata” start verildi. Yeni hərəkatın önündə gedən dəstədə öndə gedənlər “qız bibi” hərəkətləriylə diqqəti cəlb etməyə başladılar. Qadın “TikTok”erlər daha dəhşətli rollarda qarşımıza çıxanda ayağımızın altında yer tərpəndi.  Bu işə qoşulan atalar, analar “TikTok”da gələn pulların əsirinə çevrildilər. Ağcabədili  gənc ata Adəm adlı oğlunu təlxək kimi cəmiyyətə sıramağa başlayanda hər kəs əl çalmağa başladı. Hələ dünyanın qeylü-qalından xəbərsiz bir tifilin başına  açılan oyunların fərqində olmayan ata özünü xoşbəxt hiss edir, cəmiyyətə, “siz də körpələrinizi bu iyrənc,  kütləni hırıldadan məkana gətirin”, mesajını verirdi. “TikTok”da araya qoyulan, gülünc obyektinə çevrilən əslində Adəm deyildi, bu deqradasiya uğrayan bir cəmiyyətin faciəsi idi.

Məişət problemlərini sosial şəbəkələrə sürükləyənlər, “TikTok”da  mənəviyyatsız, əxlaqsız mövzulardan ürək dolusu danışanlar sanki bu cəmiyyətdən qisas alır. Əllərinə tribuna keçirən bir dəstə adam insanları tərbiyyəsiz küçə söhbətlərinə “qonaq” etməklə elə bil,  bir qədər rahatlaşır. Telekanalların məhşurlaşdırdığı adamların daha sonra bu məkanda mənəviyyatsız söhbətləri, dilimizə gətirməyə utandığımız ifadələrdən geninə- boluna istifadə,  insanlara hörmətsizlik, küçə söyüşləri “TikTok”un ümumi mənzərəsidir. Fahişələrin reklam məkanına çevrilən “TikTok” həm də onlar üçün qazanc mənbəyidir. Bir neçə gün əvvəl qarşıma çıxan mənzərədən az qala donub qaldım. Bunun bizim cəmiyyətdə baş verməsinə şübhəm yaransa da, təəssüf ki, bunu milyonlar qarşısında utanıb- çəkinmədən qışqıra-qışqıra danışan  Azərbaycan qadını idi. Səhv etmirəmsə adı İlhamə idi. Guya adam həm də şair imiş. Yaşı təxminən altmışı haqlayan bir qadının  məhşurlaşmaq həvəsi açıq-aydın hiss olunurdu. Amma məşhurlaşmağa gedən yol heç də asan deyil və adam da, bunu yaxşı bildiyindən abrını-həyasını ortaya qoymuşdu.

Qadınlıq adına ləkə gətirən bu adamın dedikləri sadəcə ifadə ediləcək formada olmadığından yazmağı özümə ayıb bilirəm. Amma özünü daha ağıllı aparan bu “şairə” bildirir ki, guya tər-təmiz qız uşağıdır. Açığı özü haqqında  belə ifadə işlədən birinin dediklərinə şübhə etdim.  Üzü-üzlər görən belə uğursuz adamların Azərbaycan cəmiyyətini zəhərləməsi və ailə mədəniyyətimizə  zidd ifadələr səsləndirməsi sadəcə milli dəyərlərə təcavüzdür. Ailədə söyüş eşitməyən uşaqlar “TikTok”a girən kimi, “şair” İlhamənin başdan xarab söhbətləri ilə qarşılaşır və gizli-gizli ona baxmağa davam edir. Üzdəniraqların meydan suladığı “TikToK” həm də mənəvi dəyərlərimizə qarşı böyük bir təbliğat maşınıdır. Nəzərə alın ki, tarixdə xalqların milli dəyərlərinin aşlanmasında müxtəlif üsullardan istifadə olunub. Yüz illər əvvəl qaraçıların başına gətirilən oyun, onları küçə-küçə çalıb oynamağa sövq edən amillər, sonradan dəhşətli vərdişlərə öyrəşən xalqın bu bəladan  yaxa qurtara bilməməsi qaraçıları yer üzü ilə bir etdi . İndi dünyanın hər tərəfinə səpələnən qaraçılar hələ də çalıb oynayır və əsrlər əvvəl ona öyrədilən vərdişdən əl çəkə bilmir.  Bu gün sosial şəbəkələri cəmiyyətə sırıyanlar da xalqlara qaraçıların aqibətini yaşatmağı hesablayıb. “TikTok” fenomenləri hələ də çalıb-oynayır və kimlərinsə əlində alətə çevrildiklərindən xəbərsizdirlər. Milli dəyərlərə əl uzadan, Azərbaycan qadının ismətini lağ obyektinə çevrənləri yalnız ictimai qınaqla tərbiyyələndirmək mümkün deyil. Onlar sadəcə cəzalanmalıdırlar, necəsini deyə bilmərəm. Qoy cəmiyyət özü mühakimə etsin.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri