Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rusiya prezidentinin məqsədi müəyyən qədər vaxt qazanmaq və növbəti hərbi həmləyə hazırlıq görmək niyyəti güdür”.Bunu Bakıvaxtı.az-a politoloq Qulamhüseyn Əlibəyli Rusiya prezidenti Vladimir Putinin tammiqyaslı işğaldan sonra ilk dəfə Ukraynaya ikitərəfli danışıqlar təklif etməsini şərh edərkən diyib.Onun sözlərinə görə, əslində ABŞ-də Tramp administrasiyasının fəaliyyəti Rusiyanın "əlinə oynamaq" kimi qiymətləndirilə bilər:"Yəni Tramp administrasiyası bir növ Rusiyanı şirnikləndirdi.
Çünki Ağ Ev çalışırdı ki, Ukraynada ilk növbədə öz maraqlarını təmin etsin. Atəşkəs və sülh ABŞ-nin maraqlarına uyğun həyata keçirilsin.
ABŞ-dən bu və ya digər dərəcədə asılı olan Avropa ölkələri bu məsələyə ürəklə yanaşmasalar da, Ukraynaya dəstəyin davam edəcəyini vurğuladılar.
Putin həvəslənərək geosiyasi gedişlərini genişləndirməyə başladı. Ukraynaya hücum edərək, yeni əraziləri ələ keçirdi.
Nəticədə Rusiyanın işğal etdiyi ərazilərin Moskvanın nəzarətində qalması şərti kimi məsələlər gündəmə çıxdı”.Müsahibimizə görə, Rusiya düşünür ki, ABŞ-nin indiki mövqeyi ilə istənilən məsələni gec-tez həll etmək mümkündür.
Ona görə də ABŞ-ni müvəqqəti olaraq oyundan kənarlaşdırmaq, hərbi eskalasiyanı gücləndirmək, ilhaq üçün müəyyən baza yaratmaq məqsədi güdür.Qulamhüseyn Əlibəyli: ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın işğal etdiyi ərazilər Kremlin nəzarətində qala bilərAnalitik bildirib ki, faktiki olaraq bu gün Ukraynanın bölüşdürülməsi prosesi gedir:"Ukrayna ABŞ və Avropa ilə Rusiya arasında bölüşdürülür.
Amerika rəsmiləri dəfələrlə bildiriblər ki, müharibə dövründə Rusiyanın işğal etdiyi ərazilər Kremlin nəzarətində qala bilər.