Icma.az
close
up
RU
Ukrayna bölüşdürülür: Tramp administrasiyas Rusiyanın əlinə oynayır

Ukrayna bölüşdürülür: Tramp administrasiyas Rusiyanın əlinə oynayır

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya prezidentinin məqsədi müəyyən qədər vaxt qazanmaq və növbəti hərbi həmləyə hazırlıq görmək niyyəti güdür”.

Bunu Bakıvaxtı.az-a politoloq Qulamhüseyn Əlibəyli Rusiya prezidenti Vladimir Putinin tammiqyaslı işğaldan sonra ilk dəfə Ukraynaya ikitərəfli danışıqlar təklif etməsini şərh edərkən diyib.

Onun sözlərinə görə, əslində ABŞ-də Tramp administrasiyasının fəaliyyəti Rusiyanın "əlinə oynamaq" kimi qiymətləndirilə bilər:

"Yəni Tramp administrasiyası bir növ Rusiyanı şirnikləndirdi. Çünki Ağ Ev çalışırdı ki, Ukraynada ilk növbədə öz maraqlarını təmin etsin. Atəşkəs və sülh ABŞ-nin maraqlarına uyğun həyata keçirilsin. ABŞ-dən bu və ya digər dərəcədə asılı olan Avropa ölkələri bu məsələyə ürəklə yanaşmasalar da, Ukraynaya dəstəyin davam edəcəyini vurğuladılar. Putin həvəslənərək geosiyasi gedişlərini genişləndirməyə başladı. Ukraynaya hücum edərək, yeni əraziləri ələ keçirdi. Nəticədə Rusiyanın işğal etdiyi ərazilərin Moskvanın nəzarətində qalması şərti kimi məsələlər gündəmə çıxdı”.

Müsahibimizə görə, Rusiya düşünür ki, ABŞ-nin indiki mövqeyi ilə istənilən məsələni gec-tez həll etmək mümkündür. Ona görə də ABŞ-ni müvəqqəti olaraq oyundan kənarlaşdırmaq, hərbi eskalasiyanı gücləndirmək, ilhaq üçün müəyyən baza yaratmaq məqsədi güdür.

Qulamhüseyn Əlibəyli: ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın işğal etdiyi ərazilər Kremlin nəzarətində qala bilər

Analitik bildirib ki, faktiki olaraq bu gün Ukraynanın bölüşdürülməsi prosesi gedir:

"Ukrayna ABŞ və Avropa ilə Rusiya arasında bölüşdürülür. Amerika rəsmiləri dəfələrlə bildiriblər ki, müharibə dövründə Rusiyanın işğal etdiyi ərazilər Kremlin nəzarətində qala bilər. O cümlədən Krımın da Rusiyanın nəzarətində qalmasına razılıq verirlər”.

Q.Əlibəyli qeyd edib ki, ABŞ Ukraynadan istədiyini alıb, təbii sərvətlərlə bağlı sazişin imzalanmasını Kiyevlə razılaşdırıb. Avropa ölkələri də öz maraqlarını təmin etməyə çalışırlar.

“Əslində mahiyyət etibarilə heç kimi müharibəni dayandırmaq barədə düşünmür. Rusiya da bundan ruhlanaraq öz ambisiyalarını daha sərt formada təmin etməkdədir", - deyə Qulamhüseyn Əlibəyli bildirib.

Qeyd edək ki, Rusiya rəhbəri Vladimir Putin tammiqyaslı işğaldan sonra ilk dəfə Ukraynaya ikitərəfli danışıqlar təklif edib. "Reuters"in verdiyi məlumata görə, Zelenski Putinin təşəbbüsünə cavab verməsə də, Ukraynanın atəşkəslə bağlı “istənilən danışığa hazır olduğunu” vurğulayıb. Nəşr qeyd edib ki, Putinin bəyanatı heç bir irəliləyiş əldə olunmasa, sülh səylərindən əl çəkəcəyi ilə hədələyən ABŞ-ın təzyiqi altında verilib:

"Bizim istənilən sülh təşəbbüslərinə müsbət münasibətimiz var. Ümid edirik ki, Kiyev rejiminin nümayəndələri də belə hiss edəcəklər".

Kremlin mətbuat katibi Dmitri Peskov daha sonra rəhbərinin sözlərini belə izah edib:

“Putin mülki obyektlərin vurulmaması məsələsini, o cümlədən ikitərəfli əsasda müzakirə etməyin mümkün olduğunu deyəndə, Ukrayna tərəfi ilə danışıqlar və müzakirələri nəzərdə tuturdu”.

O əlavə edib ki, Rusiya Federasiyası guya sülh yolu ilə həll tapmağa açıqdır. Peskov hətta Amerika tərəfi ilə iş aparıldığını xatırladıb və bunun “nəticə verəcəyinə” ümid etdiyini bildirib.

Maraqlıdır ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən bəri tərəflər arasında birbaşa danışıqlar aparılmayıb. Ötən həftənin sonunda ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio bir neçə gün ərzində irəliləyiş əldə edə bilməsələr, sülh danışıqlarından uzaqlaşa biləcəklərini bildiriblər. Tramp daha sonra iki tərəfin "bu həftə" sülh razılaşmasına nail olacağını proqnozlaşdırdı. Zelenski Ukraynanın çərşənbə günü Londonda ABŞ və Avropa ölkələri ilə danışıqlarda iştirak edəcəyini açıqlayıb.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Aprel 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri