Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin hazırkı sülh təşəbbüsləri müharibənin sadəcə olaraq donmuş ərazi münaqişəsinə keçidinə nail olmaqdırUkrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampla mübahisədən sonra planları üzə çıxıb.Bu barədə “The National Interest” nəşri yazıb.“Həmin görüşdən sonra Zelenski müəyyən mənada təkbaşına qaldığını düşünür.
O, həm də fikirləşir ki, ABŞ-ın dəstəyi olmasa da, Avropa ölkələrindən bunu ala bilər.
Tramp isə üstünlüyə malik olduğuna inanır və buna görə də Zelenskiyə hər vasitə ilə hücum edir”, – deyə bildirilib.Bundan əlavə, məqalədə deyilir ki, hazırda bütün diqqətlər Avropadadır:“Onlar Ukraynanı 2025-ci ilin sonuna qədər kifayət qədər silah və təhlükəsizlik təminatları ilə təmin edə bilərmi?
Bu, müəmmalıdır”.Qeyd edək ki, ötən gün ABŞ prezidenti Zelenskini tənqid edərək, onun Krımla bağlı açıqlamalarının Rusiya ilə sülh danışıqlarının perspektivlərinə mənfi təsir etdiyini deyib.Onun sözlərinə görə, Ukraynada vəziyyət son dərəcə ağırdır və Zelenski sülh sazişi bağlamaq barədə qərar verməlidir, əks halda, yaxın üç il ərzində ölkə bütün ərazilərini itirə bilər.Politoloq Aqşin Kərimov "Sherg.az"a deyib ki, ABŞ-nin, Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq səylərinin əks nəticə verməsi görünməkdədir:"ABŞ-nin sülh üçün təkliflərinin qısa təqdimatı belədir: - Donald Tramp administrasiyası Ukraynada tam atəşkəsə nail olmağı hədəfləyir və bunu Ukraynanın ərazi bütövlüyü və suverenliyini heçə saymaqla indeksləşdirir, - Ağ Ev eyni vaxtda Ukraynanın təbii sərvətlərinin istismarında hökmranlıq qurmağa çalışır, - Vaşinqton ABŞ-Rusiya əlaqələrini inkişaf etdirməyə çalışır ki, bu da Kremllə Ağ Evin bir-birlərinə qarşılıqlı güzəştlərini şərtləndirir.
Lakin ABŞ-nin səylərinin indiki mərhələ üçün uğurlu olduğunu söyləmək olmaz.
Lakin sülh danışıqlarının indi kritik mərhələyə yaxınlaşdığı bir vaxtda bunu böyük uğursuzluq kimi də şişirtmək olmaz.
Əsas məsələ budur ki, Rusiya və Ukrayna müharibənin bitməsi üçün şərtlərində əhəmiyyətli dəyişikliklər etməyib.