Icma.az
close
up
RU
Ukrayna döyüşü dayandırsa, daha əvvəlki Ukrayna olmayacaq ŞƏRH

Ukrayna döyüşü dayandırsa, daha əvvəlki Ukrayna olmayacaq ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin hazırkı sülh təşəbbüsləri müharibənin sadəcə olaraq donmuş ərazi münaqişəsinə keçidinə nail olmaqdır


Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampla mübahisədən sonra planları üzə çıxıb.

Bu barədə “The National Interest” nəşri yazıb.

“Həmin görüşdən sonra Zelenski müəyyən mənada təkbaşına qaldığını düşünür. O, həm də fikirləşir ki, ABŞ-ın dəstəyi olmasa da, Avropa ölkələrindən bunu ala bilər. Tramp isə üstünlüyə malik olduğuna inanır və buna görə də Zelenskiyə hər vasitə ilə hücum edir”, – deyə bildirilib.

Bundan əlavə, məqalədə deyilir ki, hazırda bütün diqqətlər Avropadadır:

“Onlar Ukraynanı 2025-ci ilin sonuna qədər kifayət qədər silah və təhlükəsizlik təminatları ilə təmin edə bilərmi? Bu, müəmmalıdır”.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Zelenskini tənqid edərək, onun Krımla bağlı açıqlamalarının Rusiya ilə sülh danışıqlarının perspektivlərinə mənfi təsir etdiyini deyib.

Onun sözlərinə görə, Ukraynada vəziyyət son dərəcə ağırdır və Zelenski sülh sazişi bağlamaq barədə qərar verməlidir, əks halda, yaxın üç il ərzində ölkə bütün ərazilərini itirə bilər.


Politoloq Aqşin Kərimov "Sherg.az"a deyib ki, ABŞ-nin, Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq səylərinin əks nəticə verməsi görünməkdədir:

"ABŞ-nin sülh üçün təkliflərinin qısa təqdimatı belədir:  

- Donald Tramp administrasiyası Ukraynada tam atəşkəsə nail olmağı hədəfləyir və bunu Ukraynanın ərazi bütövlüyü və suverenliyini heçə saymaqla indeksləşdirir, 

- Ağ Ev eyni vaxtda Ukraynanın təbii sərvətlərinin istismarında hökmranlıq qurmağa çalışır, 

- Vaşinqton ABŞ-Rusiya əlaqələrini inkişaf etdirməyə çalışır ki, bu da Kremllə Ağ Evin bir-birlərinə qarşılıqlı güzəştlərini şərtləndirir.   

Lakin ABŞ-nin səylərinin indiki mərhələ üçün uğurlu olduğunu söyləmək olmaz. Lakin sülh danışıqlarının indi kritik mərhələyə yaxınlaşdığı bir vaxtda bunu böyük uğursuzluq kimi də şişirtmək olmaz.  Əsas məsələ budur ki, Rusiya və Ukrayna müharibənin bitməsi üçün şərtlərində əhəmiyyətli dəyişikliklər etməyib. Üstəlik Rusiya ilə yanaşı, Avropa İttifaqı və Ukrayna ABŞ-nin sülhməramlı etimadnaməsinə ehtiyatlı yanaşır ki, bu da geosiyasi ziddiyyətləri dərinləşdirir.

Rusiya ilə ABŞ-nin mövqe uzlaşdırılmasında təbii ki, irəliləyişlər əldə edilib, lakin tərəflər tələyə düşmək risklərindən dolayı dəqiqləşmiş formula yaxınlaşmayıblar".

Politoloqun sözlərinə görə, sülh prosesinin ləngiməsi isə müharibə qaydalarını dəyişdirmir:

"Lakin Rusiya qoşunlarını komplektləşdirdikcə, hərbi sənayesini inkişaf etdirdikcə, Ukrayna daha çox canlı qüvvə çatışmazlığından və silah-sursat qıtlığından əziyyət çəkir. ABŞ-nin hərbi yardımlara məhdudiyyətlər tətbiq etməsi də prosesləri Ukraynanın zərərinə işlədir. Rusiya Prezidenti Vladimir Putin bunu Moskvanın Kiyev üzərində maksimalist mövqeyinin təmini baxımından əlverişli şərait kimi qiymətləndirir. Amma Rusiya qoşunlarının Ukrayna ərazilərindəki irəliləyiş tempi aşağı səviyyədədir. Bu, Kremli hərbi-strateji üstünlüklərini qorumaq baxımından çətinliklərlə üzləşdirir. Hərçənd ki, Ukraynanın da Rusiyanın müdafiə çoxqatlı müdafiə istehkamlarını yarmaq üçün potensialı yoxdur".

Aqşin Kərimov əlavə edib ki, ABŞ-nin hazırkı sülh təşəbbüsləri müharibənin sadəcə olaraq donmuş ərazi münaqişəsinə keçidinə nail olmaqdır:

"Əgər ABŞ zəif düşmüş Ukraynanı sülh və atəşkəsə inandırsa, bu zaman Ukrayna ərazilərində Rusiyanın nəzarət zonasının qalıcılığı və daimiliyi baş tutacaq. Yəni Ukrayna döyüşü dayandırsa, daha əvvəlki Ukrayna olmayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri