Ukrayna əhalisi 8 milyon azalıb | Icma.az
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Ukraynada demoqrafik vəziyyət pisdir.
Əsasən müharibə səbəbindən doğum azalıb, ölüm nisbəti artıb.
Həm ölkə daxilində, həm də xaricə miqrasiya axınları da demoqrafik göstəricilərə mənfi təsir göstərir.Reyting.az xəbər verir ki, bunu Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun direktor müavini Aleksandr Qladun deyib.
"Bizim hesablamalarımıza görə, 2022-ci ilin əvvəlində 1991-ci il sərhədləri daxilində Ukraynada 42 milyon insan var idi.
2025-ci ilin əvvəlində təxminən 34 milyon insan olub. Bura Krım və ələ keçirilən ərazilər də daxildir.
Biz indi yeni hesablamalar üzərində işə başlamışıq", - A. Qladun əlavə edib.
Demoqrafların proqnozlarına görə, hazırda Ukraynada kişilər orta hesabla 60 il yaşayır.
Onların ömrünün qısalması müharibə zamanı təbii prosesdir, çünki cəbhədə əsasən kişilər həlak olurlar.COVID-19-dan əvvəlki dövrdə (2019) kişilər orta hesabla 67 il yaşayıblar ki, bu da Avropa İttifaqı ölkələrindən 15-17 il azdır.
Tam oxu
Xəbəri oxu