Icma.az
close
up
RU
Ukrayna əhalisi 8 milyon azalıb

Ukrayna əhalisi 8 milyon azalıb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ukraynada demoqrafik vəziyyət pisdir. Əsasən müharibə səbəbindən doğum azalıb, ölüm nisbəti artıb. Həm ölkə daxilində, həm də xaricə miqrasiya axınları da demoqrafik göstəricilərə mənfi təsir göstərir.
Reyting.az
xəbər verir ki, bunu Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun direktor müavini Aleksandr Qladun deyib.
"Bizim hesablamalarımıza görə, 2022-ci ilin əvvəlində 1991-ci il sərhədləri daxilində Ukraynada 42 milyon insan var idi. 2025-ci ilin əvvəlində təxminən 34 milyon insan olub. Bura Krım və ələ keçirilən ərazilər də daxildir. Biz indi yeni hesablamalar üzərində işə başlamışıq", - A. Qladun əlavə edib.
Demoqrafların proqnozlarına görə, hazırda Ukraynada kişilər orta hesabla 60 il yaşayır. Onların ömrünün qısalması müharibə zamanı təbii prosesdir, çünki cəbhədə əsasən kişilər həlak olurlar.
COVID-19-dan əvvəlki dövrdə (2019) kişilər orta hesabla 67 il yaşayıblar ki, bu da Avropa İttifaqı ölkələrindən 15-17 il azdır.
Ukraynalı qadınların orta ömür uzunluğu 77 il olub ki, bu da Qərbi Avropa ilə müqayisədə 10 il azdır.
COVID-19 ukraynalıların orta yaşını bir il yarım azaldıb. Və müharibə ukraynalı qadınların ömrünü daha 3-5 il azalda bilər.
"İş ondadır ki, bizdə lazımi demoqrafik məlumat yoxdur, ona görə də onu dəqiq hesablaya bilmirik", - mütəxəssis deyib.
Xatırladaq ki, Dövlət Statistika Xidməti 2022-ci ildə qəbul edilmiş qanunlara uyğun olaraq, mərhumlarla bağlı məlumat dərc etmir.
Ukrayna Ədliyyə Nazirliyi doğum və ölüm halları ilə bağlı ümumi məlumatlar təqdim etsə də, bu, gözlənilən ömür müddətini dəqiq hesablamaq üçün kifayət deyil.
Bundan əvvəl Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun direktoru Ella Libanova bəyan etmişdi ki, Ukrayna milyonlarla qadını, sonradan bəlkə də kişilərini itirib.
Libanova deyib ki, müharibə demoqrafik problemləri gücləndirib, lakin onları yaratmayıb: "Axı, Ukrayna hələ 2014-cü ildən əvvəl həyəcanverici demoqrafik tənəzzül yaşayırdı. Qismən mühacirətlə, lakin əsasən doğum nisbətinin əhəmiyyətli dərəcədə azalması səbəbindən".
Ekspertin fikrincə, Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra Ukraynanı tərk edən bir neçə milyon qaçqının yalnız 30 faizi geri qayıdacaq.
Bundan əlavə, Libanova xəbərdarlıq edib ki, müharibədən sonra Ukraynada əhalinin qocalması və işçi qüvvəsi çatışmazlığı yaranacaq.
E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Aprel 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri