Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa və Böyük Britaniya Rusiya ilə Ukrayna arasında bir aylıq qismən atəşkəs təklif edir.
"Cebheinfo.az" "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-Noel Barro məlumat veriblər.
Bildirilir ki bu atəşkəs hava, dəniz və enerji infrastrukturu üzərində hücumları əhatə etsə də, quru döyüşlərini istisna edəcək.
Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, belə bir atəşkəs Rusiya Prezidenti Vladimir Putinin sülh öhdəliyinə sadiq olub-olmadığını müəyyən etməyə imkan verəcək: "Bundan sonra real sülh danışıqları başlaya bilər".
Makron "Le Figaro" qəzetinə verdiyi müsahibədə bildirib ki, Fransa və Böyük Britaniyanın təklifinə əsasən, Avropa quru qoşunları yalnız ikinci mərhələdə Ukraynaya göndəriləcək: “Gələcək həftələrdə Ukrayna ərazisində Avropa qoşunları olmayacaq”.
Britaniya Parlamentinin dövlət katibinin Silahlı Qüvvələr üzrə müavini Lyuk Pollard isə Makron və Barro tərəfindən irəli sürülən ideyaları təsdiqləməkdən imtina edib: "Bu, bizim qəbul edəcəyimiz bir plan deyil".
Bu arada, Almaniyada yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar aparan siyasi partiyalar 400 milyard avro dəyərində müdafiə fondu yaratmağı nəzərdən keçirir.