Icma.az
close
up
RU
Ukrayna ilə bağlı təklif irəli sürdülər

Ukrayna ilə bağlı təklif irəli sürdülər

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa və Böyük Britaniya Rusiya ilə Ukrayna arasında bir aylıq qismən atəşkəs təklif edir. 

"Cebheinfo.az" "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron və xarici işlər naziri Jan-Noel Barro məlumat veriblər.

Bildirilir ki bu atəşkəs hava, dəniz və enerji infrastrukturu üzərində hücumları əhatə etsə də, quru döyüşlərini istisna edəcək. 

Fransa xarici işlər naziri Jan-Noel Barro bildirib ki, belə bir atəşkəs Rusiya Prezidenti Vladimir Putinin sülh öhdəliyinə sadiq olub-olmadığını müəyyən etməyə imkan verəcək: 

"Bundan sonra real sülh danışıqları başlaya bilər".

Makron "Le Figaro" qəzetinə verdiyi müsahibədə bildirib ki, Fransa və Böyük Britaniyanın təklifinə əsasən, Avropa quru qoşunları yalnız ikinci mərhələdə Ukraynaya göndəriləcək: 

“Gələcək həftələrdə Ukrayna ərazisində Avropa qoşunları olmayacaq”.

Britaniya Parlamentinin dövlət katibinin Silahlı Qüvvələr üzrə müavini Lyuk Pollard isə Makron və Barro tərəfindən irəli sürülən ideyaları təsdiqləməkdən imtina edib:

"Bu, bizim qəbul edəcəyimiz bir plan deyil".

Bu arada, Almaniyada yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar aparan siyasi partiyalar 400 milyard avro dəyərində müdafiə fondu yaratmağı nəzərdən keçirir.

"Reuters "agentliyinin məlumatına görə, Ağ Evdə Zelenski və Tramp arasında baş verən gərgin müzakirələr Almaniyada müdafiə xərclərinin artırılmasının vacibliyini bir daha gündəmə gətirib.

Qeyd edək ki, Avropa İttifaqı liderləri martın 6-da fövqəladə sammit keçirəcək.

Görüşdə Ukraynaya əlavə dəstək, Avropa təhlükəsizliyinin təminatı və müdafiə xərclərinin maliyyələşdirilməsi müzakirə ediləcək.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri