Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna Təhlükəsizlik Xidməti (SBÜ) tərəfindən həyata keçirilən “Pautina” (Tor) adlı xüsusi əməliyyat beynəlxalq miqyasda rezonansa səbəb olub.
KONKRET.az xəbər verir ki, hərbi ekspertlər və siyasi müşahidəçilər bu hücumun “Rusiya üçün öz Perl-Harburu” olduğunu qeyd edirlər.
Bəzi dəyərləndirmələrə görə, bu əməliyyatın uğuru hətta İsrailin məşhur “Pager” əməliyyatını da kölgədə qoyur.
Əməliyyat zamanı Rusiya Hərbi-Kosmik Qüvvələrinin strateji bombardmançı təyyarələri – Murmanskdan İrkutskadək bir neçə hərbi bazada – bir neçə dalğada kiçik, lakin dəqiq idarə olunan dronlarla vurulub.
Rusiya tərəfinin verdiyi təyyarə itkisi ilə bağlı rəsmi məlumat yoxdur, lakin Ukrayna mənbələri 41 strateji bombardmançının sıradan çıxarıldığını bildirir.
Bu təyyarələrin əksəriyyəti hələ sovet dövrünə aid olan, tam yenilənməmiş modellərdir və onların bərpası texniki və maliyyə baxımından qeyri-mümkündür.
Əməliyyat Rusiya ordusunun zəifliklərini və texnoloji geriliyini bir daha ortaya qoydu.