Icma.az
close
up
RU
Ukrayna kəşfiyyatının növbəti HƏDƏFİ SENSASİON MƏLUMATLAR KONKRET

Ukrayna kəşfiyyatının növbəti HƏDƏFİ SENSASİON MƏLUMATLAR KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Təhlükəsizlik Xidməti (SBÜ) tərəfindən həyata keçirilən “Pautina” (Tor) adlı xüsusi əməliyyat beynəlxalq miqyasda rezonansa səbəb olub.

KONKRET.az xəbər verir ki, hərbi ekspertlər və siyasi müşahidəçilər bu hücumun “Rusiya üçün öz Perl-Harburu” olduğunu qeyd edirlər. Bəzi dəyərləndirmələrə görə, bu əməliyyatın uğuru hətta İsrailin məşhur “Pager” əməliyyatını da kölgədə qoyur.

Əməliyyat zamanı Rusiya Hərbi-Kosmik Qüvvələrinin strateji bombardmançı təyyarələri – Murmanskdan İrkutskadək bir neçə hərbi bazada – bir neçə dalğada kiçik, lakin dəqiq idarə olunan dronlarla vurulub. Rusiya tərəfinin verdiyi təyyarə itkisi ilə bağlı rəsmi məlumat yoxdur, lakin Ukrayna mənbələri 41 strateji bombardmançının sıradan çıxarıldığını bildirir. Bu təyyarələrin əksəriyyəti hələ sovet dövrünə aid olan, tam yenilənməmiş modellərdir və onların bərpası texniki və maliyyə baxımından qeyri-mümkündür.

Əməliyyat Rusiya ordusunun zəifliklərini və texnoloji geriliyini bir daha ortaya qoydu. Ən təhlükəli məqam isə odur ki, bu strateji zərbə Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vurub və Stambulda aparılan danışıqlarda rus nümayəndə heyətinin mövqelərini zəiflədib. Ukrayna isə bu faktlardan effektiv şəkildə istifadə edərək dünya ictimaiyyətinə döyüş meydanında hələ sözünü deməyə qadir olduğunu sübut edib.

Bununla belə, hərbi ekspertlər xəbərdarlıq edirlər ki, bir uğurlu əməliyyat müharibənin taleyini dəyişməyə yetərli deyil. Rusiya Ukraynaya qarşı uzunmüddətli, quru döyüşlərinə əsaslanan, tükəndirmə strategiyası yürüdür və strateji bombardmançıların itkisi bu balansda həlledici rol oynamır.

Bəzi rus analitiklərinin fikrincə, strateji aviasiyanın sıradan çıxması hətta orduda müəyyən rahatlıq yaradıb. Bu təyyarələrin saxlanılması və texniki baxımı çox baha başa gəlirdi və illərlə davam edən büdcə yükü artıq ortadan qalxıb. Digər tərəfdən, əməliyyatın 1,5 ilə hazırlandığı nəzərə alınsa, Moskva bu istiqamətdə yaxın vaxtlarda yeni təhlükə gözləmir.

Lakin müstəqil ekspertlərin çoxu hesab edir ki, Ukrayna kəşfiyyatı növbəti zərbəni Rusiya nüvə triadasının daha kritik komponentinə – strateji sualtı qayıqlara endirə bilər. Bu isə tamamilə yeni və daha təhlükəli mərhələnin başlanğıcı olar.

Nəticə etibarilə, “Pautina” əməliyyatı Ukrayna üçün mühüm psixoloji və texnoloji qələbə oldu. O, həm də göstərdi ki, müasir müharibələrdə yeni nəsil silahların və kreativ yanaşmanın rolu hərbi-siyasi müstəvidə həlledici ola bilər.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyun 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see301

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see196

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see124

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see123

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri