Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi

16.11.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi

Ukrayna millisinin baş məşqçisi Andrea Maldera “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun yığmadakı debütünü dəyərləndirib.

QOL.az Ukrayna Futbol Assosiasiyasına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiyaya qarşı keçirilən oyundan (0:1) sonra Kaşukun oyunu barədə deyib:

“Kaşukun milliyə dəvət olunması məntiqli qərardır. Ümumiyyətlə, onun əvvəllər niyə çağırılmadığını başa düşmürəm. O, çox uğurlu çıxış edir, üstəlik, dünya çempionudur (2019-cu il, Ukrayna U-20 millisində - QOL.az). Belə olan halda uğurla oynayan, “Şaxtyor”un yetirməsi olan öz futbolçumuzu çağırmayaq, bəs kimi çağıraq?

Ümumilikdə, o, bir qədər həyəcanlı idi, amma debütü üçün çox yaxşı oynadı. Arzu edərdim ki, hamı millidəki ilk oyununda belə çıxış etsin. Qol vursaydı, bu, onun karyerasında dönüş nöqtəsi ola bilərdi. Həmin epizod ən yaxşı qol imkanı idi. Hesab edirəm ki, ona soyuqqanlılıq çatmadı. Daha yaxşı oynamaq üçün bir qədər çox vaxta ehtiyacı var idi”– deyə Maldera bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью