Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
Icma.az bildirir, Qol.az portalına istinadən.
Ukrayna millisinin baş məşqçisi Andrea Maldera “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun yığmadakı debütünü dəyərləndirib.
QOL.az Ukrayna Futbol Assosiasiyasına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiyaya qarşı keçirilən oyundan (0:1) sonra Kaşukun oyunu barədə deyib:
“Kaşukun milliyə dəvət olunması məntiqli qərardır. Ümumiyyətlə, onun əvvəllər niyə çağırılmadığını başa düşmürəm. O, çox uğurlu çıxış edir, üstəlik, dünya çempionudur (2019-cu il, Ukrayna U-20 millisində - QOL.az). Belə olan halda uğurla oynayan, “Şaxtyor”un yetirməsi olan öz futbolçumuzu çağırmayaq, bəs kimi çağıraq?
Ümumilikdə, o, bir qədər həyəcanlı idi, amma debütü üçün çox yaxşı oynadı. Arzu edərdim ki, hamı millidəki ilk oyununda belə çıxış etsin. Qol vursaydı, bu, onun karyerasında dönüş nöqtəsi ola bilərdi. Həmin epizod ən yaxşı qol imkanı idi. Hesab edirəm ki, ona soyuqqanlılıq çatmadı. Daha yaxşı oynamaq üçün bir qədər çox vaxta ehtiyacı var idi”– deyə Maldera bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 16 Noyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















