Ukrayna millisinin futbolçusu Azərbaycanla oyunu buraxa bilər

11.10.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna yığmasının əsas futbolçularından Georgi Sudakov DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya qarşı keçirilən oyunda zədə alıb.

İdman.Biz xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilk hissədə rəqiblə toqquşmadan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.

Matçdan sonra Sudakov sosial şəbəkədə paylaşım edərək yazıb: “Tezliklə sağalacağıma ümid edirəm. Komandamızı və azarkeşləri qələbə münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, Ukrayna millisi bu qarşılaşmada İslandiyanı 5:3 hesabı ilə məğlub edib. Komanda növbəti oyununu oktyabrın 13-də Polşanın Krakov şəhərində Azərbaycan yığmasına qarşı keçirəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью