Ukrayna millisinin futbolçusu Azərbaycanla oyunu buraxa bilər
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna yığmasının əsas futbolçularından Georgi Sudakov DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya qarşı keçirilən oyunda zədə alıb.
İdman.Biz xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilk hissədə rəqiblə toqquşmadan sonra meydanı tərk etmək məcburiyyətində qalıb.
Matçdan sonra Sudakov sosial şəbəkədə paylaşım edərək yazıb: “Tezliklə sağalacağıma ümid edirəm. Komandamızı və azarkeşləri qələbə münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, Ukrayna millisi bu qarşılaşmada İslandiyanı 5:3 hesabı ilə məğlub edib. Komanda növbəti oyununu oktyabrın 13-də Polşanın Krakov şəhərində Azərbaycan yığmasına qarşı keçirəcək.

Ukrayna millisinin futbolçusu: Azərbaycanla oyunun nəticəsi biabırçılıqdır
10 Sentyabr 2025 11:29
Ukrayna millisinin kapitanı Azərbaycanla oyun öncəsi fikirlərini bölüşüb
07 Sentyabr 2025 18:01
Mixail Mudrik Azərbaycanla oyunu buraxa bilər Dopinq aşkarlandı
17 Dekabr 2024 10:53
Səfir: “Ukrayna Azərbaycanla əlaqələri genişəndirəcək”
12 Noyabr 2024 08:48
Ukrayna Azərbaycanla qaz danışıqlarına başlayır
12 Noyabr 2024 10:43

