Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Ukraynada hadisələr fərqli yöndə cərəyan edir.
Baydenin dəstək verdiyi Ukrayna indi təklənib və təkcə Avropa Birliyinin ümidinə qalıb.
Amma Avropa ölkələrinin resursu Rusiya ilə müharibəni davam etdirməyə çatmayacaq.
Demli, Zelenski hər an kapitulyasiya aktına imza atmağa məcbur edilə bilər.
Əslində Ukraynada müharibənin bitməsi Rusiyanı əlavə iştahasını artırar və dişi “şirəyə” batan Rusiya Cənubi Qafqaza meyllənə, burada itirilmiş mövqelərini bərpa etməyə səy göstərər.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Rusiya-Ukrayna müharibəsi sahədə başa çatsa da, beynəlxalq müstəvidə davam edəcək və hələ Vaşinqtonun Rusiyanın müharibədən urvatlı şəkildə çıxmasına hansı şərtlər çərçivəsində razılıq verəcəyi bəlli deyil: “Digər tərəfdən, ABŞ-ın iştirakı ilə Rusiyanın şərtlərinin əhəmiyyətli hissəsinin qəbul olunması kontekstində müharibəyə son qoyulması birtərəfli yanaşmadır.
Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi son sanksiyalar paketi Brüsselin müqavimətinin davam edəcəyini göstərir.
Rusiyanın Cənubi Qafqazda mövqelərinin tamamilə zəifləməsinə gəldikdə isə, düşünürəm ki, bu barədə danışmaq bir qədər mübaliğəli görünür.