Icma.az
close
up
RU
Ukrayna müharibəsi bitsə, Rusiya yenidən Cənubi Qafqaza “soxula” bilər? YENİ MƏQAMLAR KONKRET

Ukrayna müharibəsi bitsə, Rusiya yenidən Cənubi Qafqaza “soxula” bilər? YENİ MƏQAMLAR KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynada hadisələr fərqli yöndə cərəyan edir. Baydenin dəstək verdiyi Ukrayna indi təklənib və təkcə Avropa Birliyinin ümidinə qalıb. Amma Avropa ölkələrinin resursu Rusiya ilə müharibəni davam etdirməyə çatmayacaq. Demli, Zelenski hər an kapitulyasiya aktına imza atmağa məcbur edilə bilər. Əslində Ukraynada müharibənin bitməsi Rusiyanı əlavə iştahasını artırar və dişi “şirəyə” batan Rusiya Cənubi Qafqaza meyllənə, burada itirilmiş mövqelərini bərpa etməyə səy göstərər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Rusiya-Ukrayna müharibəsi sahədə başa çatsa da, beynəlxalq müstəvidə davam edəcək və hələ Vaşinqtonun Rusiyanın müharibədən urvatlı şəkildə çıxmasına hansı şərtlər çərçivəsində razılıq verəcəyi bəlli deyil:

“Digər tərəfdən, ABŞ-ın iştirakı ilə Rusiyanın şərtlərinin əhəmiyyətli hissəsinin qəbul olunması kontekstində müharibəyə son qoyulması birtərəfli yanaşmadır. Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi son sanksiyalar paketi Brüsselin müqavimətinin davam edəcəyini göstərir. Rusiyanın Cənubi Qafqazda mövqelərinin tamamilə zəifləməsinə gəldikdə isə, düşünürəm ki, bu barədə danışmaq bir qədər mübaliğəli görünür. Əslində hazırda söhbət Rusiyanın Ermənistan vasitəsi ilə Cənubi Qafqazda mövqelərinin bərpasından gedə bilər. Məlum olduğu kimi, Rusiyanın hərbi bazası hələ də Ermənistan ərazisindədir. Ermənistanın iqtisadiyyatı, maliyyə sistemi, enerji təhlükəsizliyi də həmçinin, Rusiya şirkətlərinin nəzarətindədir. Faktlara nəzər salaq: 2008-ci il fevralın 13-də İrəvanda “Rusiya Dəmir Yolları” ASC ilə Ermənistan Respublikası arasında dövlətə məxsus “Ermənistan Dəmir Yolu” QSC-nin “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin idarəçiliyinə verilməsi haqqında konsessiya müqaviləsi imzalanıb.
“Ermənistan Dəmir Yolu” QSC-nin “Rusiya Dəmir Yolları”nın 100%-lik törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin idarəçiliyinə verilməsi ilə bağlı müqaviləyə, ən geci 2038-ci ildə xitam verilə bilər. Ermənistanın elektrik sektoruna gəldikdə isə, xatırladım ki, “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin səhmlərinin 100%-i 2015-ci ilin sentyabrından “Tashir Group”un nəzarətindədir. Sahibi Samvel Karapetyan olan “Tashir Group” Rusiya şirkətidir və əsas aktivləri, məhz Rusiyada yerləşir. Forbes-in məlumatına görə, Karapetyanın şirkəti Rusiyada 830 min kvadratmetr pərakəndə satış, 61 min kvadratmetr ofis daşınmaz əmlakı, ticarət və əyləncə mərkəzləri şəbəkəsi də daxil olmaqla 33 ticarət mərkəzinin sahibidir. Yəni erməni olsa da, “noxtası” Rusiyanın əlindədir. Çünki Ermənistan elektrik şəbəkələrindən qazandığı vəsait, ən yaxşı halda, Karapetyanın təkcə Rusiyadakı əmlakının icarəyə verilməsindən qazandığı pulların 8%-ni təşkil edir. Ermənistanın qaz nəqli sisteminə gəldikdə isə, buraya 1682,2 km-lik qaz kəmərləri və qaz qolları daxildir. Ermənistanda dövlətlərarası boru kəmərləri və respublikadaxili təbii qaz paylayıcı şəbəkəsinin səhmlərinin 100%-i Rusiya “Qazprom”unun törəmə müəssisəsi olan olan “Qazprom Ermənistan” şirkətinə məxsusdur. Bu sıraya heç bir təbii resursu və sənaye potensialı olmayan Ermənistanın 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin 14 milyard ABŞ dolları təşkil etdiyini nəzərə alsaq, mənzərə tam aydın olur. Hazırda Ermənistanın yuxarıda sadaladıqlarımın əvəzlənməsi və alternativlərinin tapılması istiqamətində heç bir addım atmadığını nəzərə alsaq, bu ölkənin Rusiyanın real nəzarətindən çıxmadığını söyləyə bilərik”.

Elçin Mirzəbəylinin sözlərinə görə, müharibənin başa çatması Rusiyanın güclənəcəyi anlamına gəlmir:

“Hərbi əməliyyatların gedişatı zamanı görünməyən və yaxud nəzərə çarpmasına imkan verilməyən problemlər bir qayda olaraq müharibədən sonra daha qabarıq nəzərə çarpır. Əgər müharibə başa çatarsa, Rusiyanın iqtisadi və hərbi potensialının bərpası üçün kifayət qədər böyük zamana ehtiyac duyulacaq. Bununla yanaşı, tətbiq olunan sanksiyaların siyahısının getdikcə genişləndiyini, ABŞ-Çin, ABŞ-İran qarşıdurmasının da Rusiyaya təsir göstərəcəyini və digər faktorları da nəzərə alsaq, şimal qonşumuzun təkcə zamana deyil, həm də ciddi iqtisadi islahatlara ehtiyacı olduğunu söyləyə bilərik. Bununla bərabər çox mühüm bir amili də nəzərə almaq lazımdır. Nədənsə hansısa regional və ya qlobal güc haqqında danışılanda, yalnız onun nə edə biləcəyi haqqında proqnozlar verilir. Amma Avrasiyada, o cümlədən sözügedən geosiyasi məkanın strateji hissələrindən biri olan Cənubi Qafqazda çoxsaylı aktorlar var. Bu aktorlar, bölgəyə ənənəvi olmayan aktorların gəlməməsində maraq sərgiləsələr da, hazırda mövcud reallıqların Rusiyanın arzu və istəklərinə uyğun dəyişməsində də maraqlı deyillər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri