Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fevral ayında 3 ildən sonra nəhayət ki Ukrayna müharibəsinin başa çata biləcəyi ilə bağlı xəbərlər mediada dayanmadan yayımlanır, bütün dünya ictimaiyyəti və nüfuzlu mətbuat mənbələri artıq münaqişənin tezliklə başa çata biləcəyi barədə məlumatlar yayımlayır, siyasi şərhçilər çıxışlar edirdi.
Fəqət, 18 fevral Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyad şəhərində ilkin görüşdən az qala 2 ay keçsə də, nəticə dəyişmədi.
Görünür, el dili ilə desək “bu xəmir hələ çox su aparacaq “Bəs, niyə Trampın hakimiyyətə gəlmədən öncə dediyi “ müharibəni 24 saata bitirə bilərəm “ bəyanı puç çıxdı?Əvvəla, Ukraynada 2014 cü ildə meydan hadisələri nəticəsində anti rus meyilli qüvvələr havayı yerə hakimiyyətə gətirilmədi.
Hər şey əvvəlcədən xüsusi şəkildə düşünülmüş və planı çizilmiş şəkildə həyata keçirildi.
Rusiyanın ən yaxın müttəfiqində Qərbə meyilli dövlət dəyişikliyi etmək, Kiyevi NATO ilə yaxınlaşdırmaq və beləcə Moskvanı qıcıqlandırmaq.NATO nun məşhur 5 ci maddəsinə uyğun olaraq ərazi münaqişə və başqa ölkə ilə problemi olan dövlət təşkilata üzv ola bilməz.
Rusiyanın bu maddəyə görə hansı ki Kiyevin alyansa üzvlüyü məsələsi asılıdır, Ukraynaya hücum edəcəyini, ərazisini işğal edəcəyini bilə bilə, ABŞ başda olmaqla NATO situasiyanı formalaşdırdılar.Nə Ukrayna ərazilərini tam şəkildə qaytara bilər, çünki, buna çoxlu hərbi qüvvə və silah sursat lazımdır, nə də Rusiya bu ölkəni tam məğlub edə bilər, çünki, Ukraynaya sistemli şəkildə yardım və legioner adlanan xarici muzdlu qüvvə axını davam edir, ardıcıl səfərbərliklər təşkil edilir.
Bu müharibədə ən çox qazanan dünyanın silah sursat satan şirkət və fabrikləridir.