Icma.az
close
up
RU
Ukrayna müharibəsinin başa çatmasına kimlər mane olur?

Ukrayna müharibəsinin başa çatmasına kimlər mane olur?

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Fevral ayında 3 ildən sonra nəhayət ki Ukrayna müharibəsinin başa çata biləcəyi ilə bağlı xəbərlər mediada dayanmadan yayımlanır, bütün dünya ictimaiyyəti və nüfuzlu mətbuat mənbələri artıq münaqişənin tezliklə başa çata biləcəyi barədə məlumatlar yayımlayır, siyasi şərhçilər çıxışlar edirdi.
Fəqət, 18 fevral Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyad şəhərində ilkin görüşdən az qala 2 ay keçsə də, nəticə dəyişmədi.
Görünür, el dili ilə desək “bu xəmir hələ çox su aparacaq “
Bəs, niyə Trampın hakimiyyətə gəlmədən öncə dediyi “ müharibəni 24 saata bitirə bilərəm “ bəyanı puç çıxdı?
Əvvəla, Ukraynada 2014 cü ildə meydan hadisələri nəticəsində anti rus meyilli qüvvələr havayı yerə hakimiyyətə gətirilmədi. Hər şey əvvəlcədən xüsusi şəkildə düşünülmüş və planı çizilmiş şəkildə həyata keçirildi.
Rusiyanın ən yaxın müttəfiqində Qərbə meyilli dövlət dəyişikliyi etmək, Kiyevi NATO ilə yaxınlaşdırmaq və beləcə Moskvanı qıcıqlandırmaq.
NATO nun məşhur 5 ci maddəsinə uyğun olaraq ərazi münaqişə və başqa ölkə ilə problemi olan dövlət təşkilata üzv ola bilməz.
Rusiyanın bu maddəyə görə hansı ki Kiyevin alyansa üzvlüyü məsələsi asılıdır, Ukraynaya hücum edəcəyini, ərazisini işğal edəcəyini bilə bilə, ABŞ başda olmaqla NATO situasiyanı formalaşdırdılar.
Nə Ukrayna ərazilərini tam şəkildə qaytara bilər, çünki, buna çoxlu hərbi qüvvə və silah sursat lazımdır, nə də Rusiya bu ölkəni tam məğlub edə bilər, çünki, Ukraynaya sistemli şəkildə yardım və legioner adlanan xarici muzdlu qüvvə axını davam edir, ardıcıl səfərbərliklər təşkil edilir.
Bu müharibədə ən çox qazanan dünyanın silah sursat satan şirkət və fabrikləridir.
Nəzərə alsaq ki, adi bir tankın qiyməti milyonlarla dollar həcmindədir. Ukraynanın satın aldığı ya yardım kimi aldığı minlərlə tankların istehsalından nə qədər gəlir gətirdiyi aydındır, təqribən on milyardlarla dollar dəyərində təşkil edir.
Digər tərəfdən, Qərb hakimiyyət orqanları, Ukraynada antirusiya ab havasını əbəs yerə yaratmadılar.
Əgər müharibə asanlıqla başa çatsa, o zaman bir neçə ilə Rusiya yenidən güclənə, yeni müttəfiqlər tapa bilər.
Məqsəd, münaqişəni o qədər davam etdirməkdir ki, Rusiya zəifləyərək, parçalansın, Ukrayna isə asılı hala düşən, təbii sərvətləri vaxtilə edilən hərbi yardımların qarşılığında istismar edilsin.
Bir sözlə, bu gün bir çox Qərb xadimlərinin kürsülərdə Ukraynaya yardım, davamlı və sonadək mübarizə çağırışı heç də humanizm və həmrəylik nümayişi deyil.
Ukrayna ABŞ və Avropa üçün qalxan rolunu oynayır, bütün dəyən zərbələr bu qalxana dəyəcək.
Müharibə tərəflərin heç birinin tam və dolğun qələbəsi ilə bitməyəcəksə də, nəticələri onilliklərlə hiss olunacaq geopolitik hadisələr baş verəcək.
Mümkündür ki, Kiyev ABŞ nin de fakto protektoratı altına düşsün və İsrail modelli NATO üzvü olsun, yəni rəsmən alyansa üzv olmasa da reallıqda onun himayəsi altında olacaq.
Ukraynanın ərazilərini işğaldan azad etməsi üçün uzun müddətli hərbi əməliyyatlar və çoxlu canlı qüvvə, silah sursat lazımdır. Bu isə çox çətin məsələdir.
Əsgər çatışmazlığı, NATO dan göndərilən hərbi yardımların Rusiya kimi güclü şəkildə təchizata malik ölkə ilə müharibə aparmaqda yetərsizliyi Kiyevin əhəmiyyətli dərəcədə irəliləyiş əldə etməsinə ciddi təsir göstərir.
Qaldı ki, Rusiyanın tutduğu ərazilərdən çıxmamasına, bu da münaqişəni uzadır.
Referendum keçirməklə bu ölkə, Ukraynanın işğal edilmiş ərazilərini tərkibinə qatdı.
Bu ərazilər sülhlə qarşı tərəfə qaytarılarsa bu yerli daxili auditoriyada böyük narazılıqlara səbəb olacaq.
Ukrayna isə qarşı tərəf itirdiyi əraziləri heç vaxt Moskvaya güzəştə gedə bilməz, bu baş verərsə, Rusiya həmin zonalarda möhkəmlənib gələcək hərbi əməliyyatlara hazırlaşa bilər.
NATO da referendumla Rusiyaya keçən bölgələrin işğalda qalmasında maraqlı deyil : bu baş verərsə, Ukrayna nə vaxtsa yenidən Moskvanın hərbi müdaxiləsi ilə üzləşə, alyansın isə birbaşa münaqişəyə cəlbi ilə nəticələnə bilər.
Bir sözlə, müharibənin yaxın aylarda başa çatması ehtimalı çox aşağıdır.
İsa İsmayılov, siyasi şərhçi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Aprel 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri