Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır. Zaur Məmmədov: “Bu gün faktiki olaraq, nə Ukraynanın özü, nə də Avropa danışıqlar masa
Fevralın 12-i səhər saatlarında Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, söhbət təxminən bir saat yarım davam edib: “Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər.
Putin Trampı Moskvaya dəvət edib”. Peskov bildirib ki, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər.
Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar.
Peskov bildirib ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər və “Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib”.
“Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib.
Putin Trampa Amerika rəsmilərini Rusiyada, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib”, deyə Kremlin sözçüsü vurğulayıb.