Icma.az
close
up
RU
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”?

Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”?

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Zaur Məmmədov: “Bu gün faktiki olaraq, nə Ukraynanın özü, nə də Avropa danışıqlar masasındadır”

Dünən ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin bitirilməsi ilə bağlı ilk addımını atmış oldu. Fevralın 12-i səhər saatlarında Amerika lideri Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, söhbət təxminən bir saat yarım davam edib: “Putin və Tramp Yaxın Şərq nizamlanması və Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətləri müzakirə ediblər. Putin Trampı Moskvaya dəvət edib”.

Peskov bildirib ki, Putin və Tramp telefon danışığında şəxsi görüşün təşkili barədə razılığa gəliblər. Putin Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar. Peskov bildirib ki, Putin və Tramp Rusiya və ABŞ vətəndaşlarının mübadiləsini müzakirə ediblər və “Vaşinqton əldə olunan razılaşmaların yerinə yetirilməsinə zəmanət verib”.

“Putin Trampın birgə işləməyin vaxtının gəlib çatdığı tezisini dəstəkləyib. Putin Trampa Amerika rəsmilərini Rusiyada, o cümlədən Ukrayna mövzusu ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib”, deyə Kremlin sözçüsü vurğulayıb.

ABŞ Prezidenti isə telefon danışıqları ilə bağlı deyib ki,  söhbət “uzun və çox məhsuldar” olub. Tramp Putinlə söhbətində Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduğunu bildirib. Putin ABŞ Prezidenti ilə razılaşıb ki, danışıqlar yolu ilə uzunmüddətli sülh nizamlanmasına nail olmaq olar.

Tramp “Truth” sosial şəbəkəsində yazıb: “Biz çox yaxından işləmək, o cümlədən bir-birimizin ölkələrinə səfər etmək barədə razılığa gəldik. Biz həmçinin razılaşdıq ki, müvafiq komandalarımız dərhal Ukraynada sülh nizamlanması üzrə danışıqlara başlasınlar. Baş verən söhbət barədə Ukrayna Prezidenti Zelenskiyə zəng edərək məlumat verəcəyik, mən bunu indi edəcəm.”

Tramp deyib ki, o, dövlət katibi Marko Rubio, milli təhlükəsizlik müşaviri Maykl Vals, xüsusi elçi Stiv Vitkoff və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffdən “müvəffəqiyyətli olacağına inandığı danışıqlara rəhbərlik etməyi” xahiş edib.

Bundan sonra Trampla Zelenski arasında telefon danışığı olb. Söhbətlə bağlı Tramp deyib ki,  “Zelenski də Putin kimi sülh bağlamaq istəyir”.

“Mən indicə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçdi. O, Putin kimi, sülhü bərqərar etmək istəyir. Müharibə ilə bağlı müxtəlif mövzuları müzakirə etdik, lakin əsasən cümə günü Münhendə keçiriləcək, vitse-prezident J.D. Vens və dövlət katibi Marko Rubionun iştirak edəcəyi iclası müzakirə etdik”, deyə Tramp vurğulayıb.

“Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik. Ümid edirəm ki, bu danışığın nəticələri müsbət olacaq. Tamamilə lüzumsuz olan bu absurd müharibəni dayandırmağın vaxtıdır. Allah Rusiya və Ukrayna xalqına kömək olsun!”, - deyə tramp yekunlaşdırıb.

Ağ Evdən verilən məlumatda deyilir ki, Trampın Putin və Zelenski ilə təmasları çox müsbət olub.

Zelenski də Trampla danışığının detallarını açıqlayıb. Ukrayna Prezidenti ABŞ Prezidenti ilə söhbətinin “səmərli keçdiyini” bildirib: “Biz sülhün əldə olunması imkanları barədə xeyli danışdıq. PUA və digər aparıcı sahələr daxil olmaqla Ukraynanın texnoloji imkanlarını və komanda səviyyəsində birgə işləməyi müzakirə etdik”.

“Biz həmçinin resurslar sahəsində iqtisadi əməkdaşlıq və təhlükəsizliklə bağlı yeni sənədin hazırlığı  barədə müzakirə apardıq.  Prezident Tramp Putinlə danışığının detallarını bölüşdü. Ukraynadan çox kimsə sülh istəmir. ABŞ-la birgə rus işğalını dayandırmaq və möhkəm sülhü təmin etmək üçün növbəti addımlarımızı planlaşdırırıq. Tramp demişkən, “gəlin bunu edək!”. Biz əlaqə saxlamaq və qarşıdakı görüşü planlaşdırmaq üçün razılığa gəldik,” - deyə Zelenski vurğulayıb.

Vaşinqton-Moskva-Kiyev telefon diplomatiyasında aktivlik yerli və beynəlxalq ükspertlər tərəfindən müxtəlif cür şərh olunur. Əksəriyyət iddia edir ki, Tramp bu addımları ilə Rusiyanın qələbəsini təmin etməyə, Ukraynanı taleyin ümidinə buraxmağa çalışır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri, analitik Zaur Məmmədov xatırladıb ki, Tramp seçki kampaniyası dövründə münaqişəni bir gün ərzində həll edəcəyini vəd etmişdi:

- Andiçmədən sonra 6 ayadək həll edəcəyini bildirdi. Əvvəldən məlum idi ki, 3 ildir davam edən şiddətli müharibə 24 saata bitə bilməz, bu, mümkünsüzdür. Trampın dediyi də o idi ki, yəni hakimiyyətə gəldikdən dərhal sonra məsələ ilə məşğul olacaq və ciddi nəticələr əldə edəcək. Əslində biz ABŞ  və Rusiya arasında münaqişə üzərində alver görürük. 1993-94-cü  illərdə necə Ukraynanın nüvə silahını əlindən aldılar, BMT-də səs vetosunu əlindən aldılar, bu gün də eyni siyasəti görürük. Amma bu hadisələr indi Rusiyanın yox, ABŞ-ın üstün mövqeyi kontekstində baş verir. Yenə də Avropa İttifaqı kənarda qalıb, Birliyin mövqeyi nəzərə alınmır. Yenə də iki böyük ölkə öz aralarında necə deyərlər, “bazarlıq” edirlər. Beynəlxalq ekspertlər zaman-zaman bildirirdilər ki, Ukrayna məqsədlərinə çatacaq. Amma görünən odur ki, proses fərqli gedir, Kiyevin maraqları təmin olunmamaq üzrədir.

- Belə çıxır ki, Amerika Ukraynanı “satır”...

- Trampın dünənki telefon danışıqlarından və verilən açıqlamalardan dərhal sonra Avropa İttifaqının əsas ölkələri birgə bəyanat yaydılar ki, “biz amerikalı həmkarlarımızla müzakirələr aparmaq və Ukraynanın ərazi bütövlüyü, Avropanın təhlükəsizliyi nəzərə alınmalıdır”. Görünən odur ki, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa baş verənlərdən narahatdır. Xüsusilə, Fransa, Almaniya və Polşa Trampın Ukrayna münaqişəsi ilə bağlı siyasətindən narazıdır. Narazı olan ölkələr həm də Baltikyanı dövlətlərdir.

Dünən Tramp birinci Putinlə, sonra Zelenski ilə danışdı. Bu o deməkdir ki, ABŞ və Rusiya liderləri Ukraynanın taleyini öz aralarında həll edirlər. Daha bir fakt odur ki, Tramp Zelenskini fakt qarşısında qoyur. Əgər Zelenski artıq Vaşinqtondan Kiyevə hazır şəkildə gətirilən sənədə imza atacaqsa, o zaman Amerika Ukraynaya hərbi və siyasi yardımlarını davam etdirəcək. Söhbət nadir torpaq metalları və minerallarına dair sazişdən gedir. İmzalamasa, o zaman Zelenski meydanda tək qalacaq. Düzdür, nadir metallarla bağlı mövzunun gündəmə gəlməsinin səbəbkarı əslində Zelenskinin özüdür. Ötən ilin payızında Zelenski o zaman prezidentliyə namizəd olan Kamala Harrisə də, Trampa da müraciət etmişdi ki, məsələni həll etsələr, Ukraynanın zəngin metallarını ABŞ-a verəcək. Tramp bu gün Ukrayna liderinin həmin müraciətindən istifadə etmək istəyir.

- Amma Zelenski bunun Ukraynanın ərazi bütövlüyünün bərpasından sonra mümkün olacağını bildirmişdi...

- Bəli, Zelenski o kontekstdə bildirmişdi ki, qiymətli metallar əsasən, 50 faiz miqdarında Ukraynanın şərqində, Rusiya işğalında olan ərazilərdədir. İndi Rusiya ilə ərazi mübadiləsi məsələsi də var. Düzdür, Zelenski hansı ərazilərin mübadiləsini nəzərdə tutduğunu deməyib, amma yəqin ki, Kursk vilayətinin tutulmuş əraziləri ilə Donetsk və Luqanskın mübadiləsindən gedir. Lakin buna da Rusiya razı olmadığını bəyan edib. Ola bilsin ki, hansısa kompromis olsun. Çünki atəşkəsdə Rusiya da nədəsə güzəştə getməlidir. Kompromis kimi Zaporojyenin işğal edilmiş bəzi hissələrinin Ukraynaya qaytarılmasından  söhbət gedə bilər. Hansı ki, həmin ərazilərdə qiymətli təbii metallar var. Amma Donbassın, Luqanskın işğalda olan hissələri və Krımın qaytarılması mümkün deyil.

- Məlumdur ki, Avropa İttifaqı danışıqlar masasında olmaqda israrlıdır. Tramp buna imkan verəcəkmi?

- Bu gün faktiki olaraq, nə Ukraynanın özü, nə də Avropa danışıqlar masasındadır. Əlbəttə, Tramp Zelenskiyə zəng etməli idi. Çünki söhbət Ukraynanın BMT tərəfindən tanınan ərazilərindən gedir. Trampa sual olunur: bəs müharibə başlayanda ABŞ avropalıları tərəfinə çəkdi və bildirdi ki, bu müharibə həm də avropalıların müharibəsidir. İndi Avropa bu məsələdən necə kənarda saxlanıla bilər? Ola bilər ki, trampın keçmiş Prezident Co Baydendən xoşu gəlmir, amma məsələ ABŞ-ın müttəfiqlərindən, müttəfiqləri ilə bağlı siyasətindən gedir?! Yaxud da, Avropa müharibənin belə dayandırılması ilə, bu atəşkəslə təhlükəsizliyini təmin edirmi? Əlbəttə, etmir və Rusiyanın bir neçə ildən sonra Avropaya hücum etməyəcəyinə istisna deyil. Görünən odur ki, Amerika yenə də Avropanı öz məqsədləri üçün istifadə etdi. Necə ki, Birinci Dünya müharibəsindən əvvəl də, İkinci Dünya müharibəsindən əvvəl də bu siyasət aparılırdı. Hesab edirəm ki, Vaşinqton danışıqlar masasında Avropanı görmək istəmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see467

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see269

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see249

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see235

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see234

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see233

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see229

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see220

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see213

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see208

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see207

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see205

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see199

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see196

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see196

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see192

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see188

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see186

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri