Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Kiyev məmurları ABŞ Prezidenti Donald Trampın administrasiyasının sülh danışıqlarının uğursuzluqla nəticələnməsi səbəbindən hərbi yardımları dayandırmasından ehtiyat edirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin sözlərinə görə, ukraynalı məmurlar düşünürlər ki, Tramp Zelenskidən narazı olduğunu bildirəcək, Kiyevi sülh danışıqları pozmaqda günahlandıracaq və bundan sonra hərbi yardım göstərməkdən imtina edəcək.
Xatırladaq ki, ABŞ lideri Ukrayna Prezidentinin Krımın işğalı ilə heç zaman barışmayacaqları barədə fikirlərini sülh danışıqları üçün maneə hesab etdiyini deyib.
Aysel Əliyeva
Globalinfo.az