Ukrayna narahatdır Tramp yardımı dayandıra bilər?
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Kiyev məmurları ABŞ Prezidenti Donald Trampın administrasiyasının sülh danışıqlarının uğursuzluqla nəticələnməsi səbəbindən hərbi yardımları dayandırmasından ehtiyat edirlər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin sözlərinə görə, ukraynalı məmurlar düşünürlər ki, Tramp Zelenskidən narazı olduğunu bildirəcək, Kiyevi sülh danışıqları pozmaqda günahlandıracaq və bundan sonra hərbi yardım göstərməkdən imtina edəcək.
Xatırladaq ki, ABŞ lideri Ukrayna Prezidentinin Krımın işğalı ilə heç zaman barışmayacaqları barədə fikirlərini sülh danışıqları üçün maneə hesab etdiyini deyib.
Aysel Əliyeva
Globalinfo.az

Tramp Ukrayna savaşını dayandıra bilməyəcək Analitik
08 Dekabr 2024 17:28
Tramp Baydenin Ukrayna siyasətindən narahatdır KONKRET
20 Noyabr 2024 16:43
Çexiya Ukraynaya yardımı dayandıra bilər
02 Fevral 2025 20:35
Suriya kürdləri narahatdır Tramp yardımı kəsəcək?
13 Dekabr 2024 22:33
Ukrayna ayaqda qalmaya bilər” Tramp
10 Mart 2025 11:57

