Ukrayna “offsayd”a düşə bilər | Icma.az
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir. ABŞ Rusiya ilə “Kiyevsiz danışıqlar” prosesinə başlayacaq?
Rusiya - Ukrayna müharibəsinin 3-cü ilininin bitməsinə sayılı günlər qalır.
Arxada qalan 3 il ərzində tərəflər arasında kompromislə bağlı ən intensiv dövr məhz son aylar sayılır.
Belə ki, artıq həm Ukrayna, həm Rusiya, həm də Kiyevin əsas dəstəkçisi sayılan ABŞ masa arxasında oturmaq üçün yolları təftiş edir.
Dialoq aktualdır - format bəlli deyil... Trampın inauqurasiyasının ardından gündəmə gələn sülh görüşü məsələsi isə deyəsən reallaşmaq üzrədi
İstər Tramp administrasiyası, istərsə də Kreml bu görüşə “isti” yanaşdığını ortaya qoyur.
Hətta perspektivdə tərəflər arasında ilkin görüşün Kiyevsiz keçirilməsi kimi gözləntilər də var.
“The Hill” qəzeti yazıb ki, Vladimir Putinin Donald Trampla Ukrayna nümayəndələrinin iştirakı olmadan keçiriləcək görüşü Rusiyanın dünya səhnəsində supergüc statusunu möhkəmləndirə bilər.
Tam oxu
Xəbəri oxu