Icma.az
close
up
RU
Ukrayna “offsayd”a düşə bilər

Ukrayna “offsayd”a düşə bilər

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Rusiya ilə “Kiyevsiz danışıqlar” prosesinə başlayacaq?

Rusiya - Ukrayna müharibəsinin 3-cü ilininin bitməsinə sayılı günlər qalır. Arxada qalan 3 il ərzində tərəflər arasında kompromislə bağlı ən intensiv dövr məhz son aylar sayılır. Belə ki, artıq həm Ukrayna, həm Rusiya, həm də Kiyevin əsas dəstəkçisi sayılan ABŞ masa arxasında oturmaq üçün yolları təftiş edir.

Dialoq aktualdır - format bəlli deyil...

Trampın inauqurasiyasının ardından gündəmə gələn sülh görüşü məsələsi isə deyəsən reallaşmaq üzrədir. İstər Tramp administrasiyası, istərsə də Kreml bu görüşə “isti” yanaşdığını ortaya qoyur. Hətta perspektivdə tərəflər arasında ilkin görüşün Kiyevsiz keçirilməsi kimi gözləntilər də var. “The Hill” qəzeti yazıb ki, Vladimir Putinin Donald Trampla Ukrayna nümayəndələrinin iştirakı olmadan keçiriləcək görüşü Rusiyanın dünya səhnəsində supergüc statusunu möhkəmləndirə bilər. Nəşr Putinin Trampın Ukrayna ilə bağlı saziş bağlamaq istəyini “hətta Ukraynanın suverenliyi və təhlükəsizliyi bahasına olsa belə, Rusiya üçün əlverişli şərait əldə etmək imkanı” kimi qiymətləndirir. Məqalə müəllifləri iddia edirlər ki, Rusiya hakimiyyəti fövqəldövlət kimi öz mövqeyini gücləndirmək üçün Ukraynanın iştirakı olmadan ABŞ lideri ilə birbaşa görüşə can atır. Xatırladaq ki, Putin daha əvvəl qeyd etmişdi ki, Moskva müharibə ilə bağlı ABŞ-ın yeni administrasiyasıyla dialoqa açıqdır. O bildirmişdi ki, ən vacib məsələ böhranın əsas səbəblərini aradan qaldırmaqdır.

Ukrayna da “masa”da olmaq istəyir...

Ukrayna isə belə bir perspektivi “təhlükəli” sayır. Sülhün baş verəcəyi reallığına hərtərəfli inanan Kiyev son “masada” iştirakçı olmaq istəiyr. Ukrayna düşünür ki, onun iştirak etmədiyi masa ölkəsinin maraqları ilə tərs-mütənasiblik təşkil edə bilər.  Ukrayna Prezidenti Volodimir Zelenskinin narahatlığı da məhz bundandır - o bildirib ki, Ukraynanın ABŞ və Rusiya arasında müharibə ilə bağlı aparılan danışıqlardan kənarda qalması “çox təhlükəli” olacaq”. Zelenski Donald Tramp administrasiyasının müharibəyə son qoymaq üçün Rusiya ilə “çox ciddi” danışıqlar apardığı barədə bəyanatını şərh edərkən belə deyib. “Onların öz münasibətləri ola bilər, lakin Ukrayna haqqında bizsiz danışmaq hamı üçün təhlükəlidir”, - deyə Zelenski “The Associated Press”ə müsahibəsində qeyd edib. Onun sözlərinə görə, komandası Tramp administrasiyası ilə əlaqə saxlayır, lakin bu müzakirələr hələlik “ümumi səviyyədə” aparılır, Zelenski yaxın vaxtlarda daha detallı razılaşmalar əldə etmək üçün şəxsi görüşlərin keçiriləcəyinə inanır. Zelenski həmçinin qeyd edib ki, Rusiya atəşkəs danışıqlarında iştirak etmək və ya hansısa güzəştləri müzakirə etmək istəmir. Ukrayna prezidenti əmindir ki, Donald Tramp Rusiya lideri Vladimir Putini danışıqlar masasına əyləşməyə məcbur edə bilər. O, bunun üçün Rusiyanın enerji və bank sisteminə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Ukrayna ordusuna dəstəyi davam etdirməli olduğunu vurğulayıb.

Danışıqlar, ardınca seçkilər...

Tramp administrasiyasının isə daha fərqli planları üzə çıxır. Əgər dünənə qədər masa üzərində Ukrayna ilə bağlı 3 plan mövcud idisə, artıq deyəsən onlardan ikisi “kənara qoyulub” - Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqun planı üzərində iş aparılacaq. Xatırladaq ki, plan Kiyevin Moskva ilə danışıqlara başlamaması halında Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandıracağını nəzərdə tutur. Rusiyanın danışıqlardan imtina etməsi, əksinə, Amerikanın Ukraynaya dəstəyinin artmasına səbəb olacaq. Plana görə, tərəflər “mövcud cəbhə xətti” əsasında atəşkəs barədə razılığa gəlməlidirlər. Növbəti mərhələ ilə bağlı isə Tramp administrasiyası məsələni bir az da irəliyə aparmaq niyyətindədir - hətta Ukraynada seçkilərin keçirilməsi ilə bağlı da fikir var. Belə ki, Keyt Kelloq bildirib ki, Birləşmiş Ştatlar Ukraynada seçkilərin ola bilsin ki, ilin sonuna qədər keçirilməsini istəyir, xüsusən də Kiyev yaxın aylarda Rusiya ilə atəşkəs barədə razılığa gələ bilsə. Ukrayna isə bununla razılaşmır. Prezident Zelenskinin kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin deyib ki, ABŞ Rusiya ilə atəşkəs sazişi bağladıqdan sonra Ukraynanı seçki keçirməyə çağırırsa, bu, “uğursuz plan” kimi görünür. “Biz cənab Kelloqun tam müsahibəsini görməmişik, yalnız seçki ilə bağlı bir neçə sitat var, ona görə də onun mövqeyini tam qiymətləndirmək çətindir”, - deyə Litvin “Reuters”ə bildirib: “Plan yalnız atəşkəs və seçkilərdirsə, bu, uğursuz plandır - Putini yalnız bu iki şeylə qorxutmaq olmaz”.

Kiyev Avropanın gündəmindən çıxır...

Əslində, Ukrayna müqavimət göstərməklə masa danışıqlarında əlini möhkəmləndirməyə çalışır. Mənzərə onu göstərir ki, Ukrayna bu gün ABŞ-Rusiya razılaşmasının nəticələri ilə barışmalı olacaq. Bu halda belə, qazancın “daha artıq” olması üçün Ukrayna özünün “gücünü” ortaya qoymalıdır. Bu isə nəticə etibarı ilə artıq alınmır - çünki, Trampın hakimiyyətə gəlişindən sonra Vaşinqton Kiyevə öyrəncəli olduğu külli-miqdarda yardımları etmir. Hətta bununla bağlı gələcək planlarını belə açıqlamır, susur. Aİ ölkələri isə ard-arda prosesi “tərk etməkdədirlər”. Başqa sözlə, ABŞ-ın Qrenlandiyaya iddiası Aİ-ni Ağ evlə üz-üzə gətirib. Bu halda iki gücün ortaq mövqedən çıxış etməsi çətinləşir. Nəticə isə özünü gözlətmir - artıq Çexiyada Kiyevə yardımların dayandırılması perspektivi yaranıb. Belə ki, keçirilən parlament seçkilərində ANO partiyası qələbə qazanarsa, Praqa Ukraynaya yardımı dayandıra bilər. “Financial Times”ın məlumatına görə, seçkilər öncəsi sorğularda lider olan ANO Ukrayna üçün sursat almaq təşəbbüsünü dayandıracağını vəd edib.

Vurğulandığı kimi, Kiyev ABŞ-ın söz verdiyi yardımı da əldə edə bilmir. Belə ki, vəd edilən 177 milyard dollardan cəmi 75 milyard dollar “ünvana” çatıb. Prezident Zelenski bəzi mənbələrdə Ukraynaya 200 milyard, yardım edildiyi iddialarını təkzib edərək, bu rəqəmin həqiqətə uyğun olmadığını vurğulayıb: “Deyirlər ki, Ukrayna orduya dəstək üçün 200 milyard alıb, bu, doğru deyil. Bütün bu pulların harada olduğunu bilmirəm”.

Aİ isə artıq Kiyevə əvvəlki kimi maraq göstərmir. “Köhnə qitə” öz hayındadır - ABŞ-ın NATO ilə bağlı mövqeyi Avropanı təhlükəsizliyinin təminatı məsələsinə fokuslayıb. Təsadüfi deyil ki, NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb. Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq. “Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur”, - Rutte deyib.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Fevral 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see576

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see238

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see225

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see213

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see209

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see203

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see202

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see196

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see190

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see189

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see180

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see178

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see177

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see174

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see171

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see170

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see169

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri